Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (18-10-2014, 17:56)
Oruc Zalov Mühafizə İdarəsinin açılışını etdi

 

Oktyabrın 18-də, Müstəqillik günündə DİN BMİ-nin Xətai Rayon Mühafizə İdarəsinin yeni tikilmiş inzibati binasının açılış mərasimi keçirilib. 

 

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, tədbirdə daxili işlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov və Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov iştirak ediblər.

İnşasına ötən ilin dekabrından başlanılmış 2 mərtəbəli inzibati binanın ümumi sahəsi 552 kvadratmetrdir. Yeni tikilidə 17 xidməti otaq, 50 yerlik akt zalı vardır. Binada ventilyasiya, mərkəzi istilik sistemi, qazanxana, rabitə-kommunikasiya və elektrik xətləri quraşdırılıb, digər yardımçı sahələr yaradılıb. Ərazi hasarlanıb, abadlaşdırma, yaşıllaşdırma və xarici işıqlandırma işləri yerinə yetirilib.

İdarənin şəxsi heyətini salamlayan və daxili işlər naziri, general-pokovnik Ramil Usubovun salamını onlara çatdıran nazir müavini Oruc Zalov nazirliyin mühüm qurumu kimi Baş Mühafizə İdarəsinin də cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin qorunmasında, dövlətin və insanların əmlakının mühafizəsində göstərdiyi xidmətlərin ölkə və DİN rəhbərliyinin diqqətində olduğunu, görülmüş uğurlu tədbirlər nəticəsində vətəndaşların, obyekt sahiblərinin öz əmlaklarının, fərdi evlərinin qorunması üçün məhz bu quruma üz tutduğunu, daxili işlər orqanlarının digər xidmətlərində olduğu kimi, mühafizə polisinin də maddi-texniki bazasının gündən-günə möhkəmləndirildiyini, bu sahədə əsaslı dönüşün yarandığını nəzərə çatdırıb. 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024