Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət / Slayd (11-10-2014, 20:55)
İcra başçısı Şəhidlər abidəsini hasara aldı, camaat sökdü - Qarşıdurma (VİDEO)

İcra başçısı Şəhidlər abidəsini hasara aldı, camaat sökdü - Qarşıdurma (VİDEO)

 

Balaxanıda Qarabağ şəhidlərinin xatirəsinə ucaldılmış abidənin hasarlanması etiraza səbəb olub. Bu etirazın sonu hasarın dağıdılması ilə bitib. Ərazidə şəhidlərin qohum və yaxınları ilə mühafizə xidmətinin əməkdaşları arasında qarşıdurma da yaşanıb. İcra nümayəndəliyi isə narahatlığa əsas görmür.

ANS TV-nin məlumatına görə, şəhidlərin qohum və yaxınları Balaxanı qəsəbəsində Qarabağ şəhidlərinin xatirəsinə ucaldmış abidənin sökülməsinə etiraz əlaməti olaraq rayon icra nümayəndəliyi tərəfindən tikdirilən daş hasarları sökdülər. Səbəb isə birdir. Şəhid ailələri və yaxınları deyirlər ki, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Səfəvilər küçəsində yerləşən bu park içərisində yerləşən abidə onlar tərəfindən 1991-ci ildə salınıb. İndi qəsəbə nümayəndəliyi həmin yeri torpaq sahəsi kimi satlığa çıxarıb. Üstəgəl bu azmış kimi abidənin arxa hissəsində kafede tikdirəcəkmiş. Məhz buna görə də sözügedən parkı daş hasarla əhatəyə alıb ki, oranı uçurub yerində əyləncə mərkəzi və ya kafe tiksin. Bundan başqa Qarabağ şəhidlərini yaxınları onu da deyir ki, abidənin arxasında sanqovşaq tikilib ki, bu da şəhidlərə olan hörmətiszilikdir. Ancaq sonradan həmin sanqovşaq sökdürülüb. Balaxanı qəsəbəsində yaşamış 22 Qarabağ şəhidinin xatirəsinə ucaldılmış bu abidə həm də onların ziyarətgah yeri olub. İndi buranın sökdülürməsi şəhidərin yaxınlarının hiddətinə səbəb olub.

"Bura gəliblər və heç kimə də xəbər etmədən ərazini hasara alıblar. Orada kafe inşa edirlər, abidəni isə dağıdırlar. Deyirlər ki, bağın içində yer düzəldirik, məhz abidəni ora köçürəcəyik. Niyə bağın içinə köçürürlər? Mən bir ana kimi öz balamı burda ziyarət edirəm”, - şəhid anası Rəna Babayeva qeyd edib.

"Cammat bura parka istirahətə gəlir. Şəhidlərin yeri isə bura olmalıdır. Mənim də qardaşımım qəbri yoxdur. Gəlib buranı ziyarət edirəm. Buranı da bizə çox görürlər”, – deyə şəhidin qardaşı Cavid Hüseynov dedi.

Buna etiraz edən şəhid ailələri ərazidə fəaliyyət göstərən mühafizə xidmətinin əməkdaşları ilə də mübahisə etdi.

Asayişi qorumaq məqsədilə əraziyə Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinin əməkdaşları cəlb edildi. Deyilənlərin nə dərəcədə doğru olduğunun aydınlaşdırmaq üçün üz tutduq adıçəkilən Sabunçu rayon icra hakimiyyətinin Balxanı qəsəbə nümayəndəliyinə. Adıçəkilən qurum nümayəndəsi Fərhad Qurbanov bildirdi ki, sözügedən abidə sökdürülüb, elə həmin yerə yaxın parkın içərisində yeni mərmərlə təmin edilərək Qarbağ şəhidlərinin xatirəsinə abidə ucaldılacaq. Umumiyyətlə indi abidənin yerləşdiyi ərazidə parkın ərazisinə qatılacaq.

"Gəlib baxanda adam utanırdı. İndiki Şəhidlər kompleksi bizim şəhidlərin ruhuna layiq deyil. Məsləhət görülüdü ki, kompleks yenidən inşa edilsin. Hazırda kompleks tikilib, son tamamlama işləri gedir”, - deyə icra nümayəndəsi Fərhad Qurbanov bildirdi.

Bundan başqa qurum nümayəndəsi onu da bildirdi ki, şəhidlərin xatirəsinə ucaldılmış abidənin arxasında sanqovşaq deyil gözətçi otağı olub. Odur ki, şəhid ailərinin narahat olmağına səbəb yoxdur. Artıq şəkillər çıxardılıb yeni mərmər üzərində bir həftə sonra yeni park salınacaq ki, o da Qarabağ uğrunda canından keçmiş şəhidlərimizin ruhunu əbədələşdirəcək.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024