Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (29-09-2014, 22:31)
Sürücü yol polisini döydü- Gəncədə

Gəncədə qırmızı işıqda keçən avtomobili saxlayan yol polisi əməkdaşına xəsarət yetirilib. 

 

“Mediatv.az” xəbər verir ki, Gəncə şəhər Kəpəz rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin Yol Patrul Xidmətinin inspektoru, polis baş serjantı Anar Abdullayev şəhərin Üzeyr Hacıbəyov küçəsində xidmətdə olarkən, bir neçə dəfə işıqforun qırmızı işığında keçən, dövlət nömrə nişanı olmayan “Opel” markalı avtomobili saxlayıb və sürücüdən maşının sənədlərini təqdim etməsini xahiş edib.

Avtomobildən düşən sürücü, 34 yaşlı şəhər sakini Ələddin Hüseynov polis əməkdaşının ünvanına nalayiq sözlər söyləmiş və ona əl ayaq zərbələri endirib. Bu zaman “Opel” markalı avtomobildən düşən qadın yerdən götürdüyü daş parçası ilə yol polisi əməkdaşının qol nahiyəsinə vuraraq xəsarət yetirmişdir.

Faktla bağlı Kəpəz rayon Polis İdarəsində araşdırma aparılır.  

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024