Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (2-06-2014, 14:15)
Dul qadınlar kişilərdən çox yaşayır

Nikulinin yazdığı lətifələr

 

Kulis.Az tanınmış aktyor Yuri Nikulinin qələmə aldığı lətifələri təqdim edir.
 
Qadın psixiatra şikayət edir:
 
- Son vaxtlar ərim özünü çox qəribə aparır, kofe içəndən sonra fincanı yeyir. Təkcə qulpu qalır.
 
Həkim təəccüblənir:
 
- Maraqlıdır niyə, qulp ki, ən dadlı yeridir?
 
                               ***         
Cavan oğlan psixiatrın qəbuluna gəlir. O, izah edir ki, heç bir problemi yoxdur. Sadəcə pambıq corabları sintetik corablardan daha çox xoşladığına görə qohumları onu həkimə getməyə məcbur ediblər.
 
Həkim deyir:
 
- Burda nə var ki, mən özüm də pambıq corabları daha çox xoşlayıram…
 
- Doğrudan - xəstə sevinir - həkim, siz onları necə xoşlayırsınız: bitki yağı ilə, yoxsa mayonezlə?
 
 
                                  ***  
 
- Həkim mən neçə gecədir ki, bir qapını aça bilmirəm. Nə qədər itələsəm də xeyri olmur?
 
- Qapının üstünə nə yazılıb?
 
- «Özünə tərəf»
 
 
                             * * *   
 
 
Bir həkimdən soruşurlar:
 
- Doğrudurmu ki, qadınlar kişilərdən çox yaşayır?
 
- Hər halda dul qadınlar, hə -  deyə - həkim cavab verir.
 
 
                           ***     
 
 
Gecə saat 3-də telefon zəng çalır.
 
- Bura hamamdır?
 
Ev sahibi bağırır:
 
- Yox! Bura evdir.
 
Xəttin o başından səs əhvalını pozmadan soruşur:
 
- Bura hamam deyilsə, niyə çılpaqsan?
 
 
                                ***    
 
 
Bir narkoman «dostuna» zəng edir.
 
- Qoşa evdədir?
 
- Qoşa  ölüb - cavab verirlər.
 
 Bir-neçə dəqiqədən sonra, narkoman yenə zəng edir:
 
- Başa düşmədim, belə çıxır ki, o xaş-xaş dalınca getməyəcək?
 
 
                                    ***  
 
 
Gecəyarısı zəng səsi:
 
- Əgər siz bu dəqiqə musiqinin səsini kəsməsəniz, mən polisə zəng edəcəm.
 
- Əşşi, musiqi xoşuna gəlmir, qonşu küçəyə köç!
 
- Qonşu küçə nədir? Mən qonşu rayondan zəng edirəm!
 
 
                              *** 
 
 
İki turist silah tapır. Silahı doldurub təxminən Xabarovska tərəfə tuşlayırlar. Sərxoş olduqlarından silahı əks tərəfə tuturlar. Silah boşalandan sonra birinin qolları, o birinin ayaqları yaralanır. Ağrı içində qıvrılan sərxoşlar qışqırırlar:
 
 - Gör indi Xabarovsk nə günə düşüb!
 
 
                                      *** 
 
 
Qadın ərinin dalınca pivəxanaya gəlir. Əri bağırır:
 
- Bu təhqiramizdir! Niyə sən həmişə bura qaçırsan. Bəyəm mən heç vaxt, məsələn, muzeydə ola bilmərəm?
шаблоны для dle 11.2

Xəbər lenti
7 04 2025
7 04 2025
7 04 2025
7 04 2025
7 04 2025
7 04 2025
7 04 2025
7 04 2025
7 04 2025
7 04 2025
7 04 2025
7 04 2025
7 04 2025
7 04 2025
7 04 2025
7 04 2025
7 04 2025
7 04 2025
7 04 2025
7 04 2025
7 04 2025
7 04 2025
7 04 2025
7 04 2025
7 04 2025
7 04 2025
7 04 2025
7 04 2025
7 04 2025
6 04 2025