Cəmiyyət (29-05-2014, 21:00)
Əvvəlcədən xəstə olduğu bilinən əsgəri hərbi xidmətə niyə gətiriblər?
Daxili Qoşunların əsgəri xəstəlikdən ölüb.
Hadisə Daxili Qoşunların hospitalında qeydə alınıb. Daxili Qoşunların “N” saylı hərbi hissəsinin əsgəri, 18 yaşlı Məmmədov Samiq Sultan oğlu xəstəlikdən dünyasını dəyişib.
Daxili Qoşunların mətbuat xidmətindən faktı təsdiqləyiblər. Bildirilib ki, ötən gün əsgər S. Məmmədov hemoragik vaskulitin sürətli gedişi diaqnozu ilə hospitala daxil olub. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, S. Məmmədov bu ilin aprel ayında Qusar rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
Hemorragik vaskulit xəstəliyi çox rast gələn xəstəliklərdəndir, damar divarının keçirici qabiliyyətinin artması ilə əlaqədardır. Yəni qanın tərkibi tərəfindən heç bir dəyişiklik müşahidə edilmir. Xəstəlik əsasən uşaq vaxtı təsadüf edilir. İrsi deyil. Əsasən yaz və payız aylarında təsadüf olunur. Xəstəliyin aşağıdakı formaları var: Dəri sindromu, oynaq sindromu, abdominal sindrom. Bu formalar ayrı – ayrılıqda və ya birlikdə təsadüf oluna bilər.
Tibbi rəydən göründüyü kimi, bu qəfil yaranan xəstəlik deyil, buna uşaq vaxtı yoluxurlar. Demək, mərhum əsgəri xəstə ola-ola hərbi xidmətə gətiriblər.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024