Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (14-02-2017, 12:14)
Nazirliklərin çoxluğu islahatların aparılmasına mane olur - ƏLİ MƏSİMLİ

eli-mesimli

 

“Çünki əhalisi heç 10 milyon olmayan Azərbaycan kimi bir ölkədə 20-yə yaxın nazırlik və bir o qədər də komitə, agentlik, baş idarə və sairin olması həm islahatların qarşısında ən böyük maneədir”.

Mediatv.az xəbər verir ki, bunu Gununsesi.info-ya açıqlamasında millət vəkili Əli Məsimli  ölkə başçısının struktur islahatları ilə bağlı həyata keçirdiyi islahatlarla bağlı mövqeyini açıqlayarkən deyib.

Onun sözlərinə görə, prezident İlham Əliyevin sərəncamı ilə Nəqliyyat Nazirliyi ilə Rabitə və Yüksək Texnologiylar Nazirliyi birləşdirilərək onların əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnogiyalar Nazirliyi yaradılıb. “Bu məsələilə bağlı bildirirk ki, ölkəmizin qarşısında duran problemlərin həllinin sürətləndirməkdən, resessiyadan qurtulub potensialımıza uyğun dərəcədə yeni inkişaf trayektoriyasına çıxmaqdan ötrü cəmiyyət həyatının bütün sahələrində köklü islahatlar aparılmalıdır. Bu mərhələdə zəruri olan islahatlar arasında idarəetmənin təşkilatı strukturunun təkmilləşdirilməsi, mobil, çevik idarəetmə sisteminə keçilməsi və həm də bu əsasda dövlət xərclərini azaldılması mühüm yer tutur”- deyə, o, bildirib.

Ə.Məsimli vurğulayıb ki, dövlət aparatının kiçildilməsi, mobilləşdirilməsi, çevikləşdirilməsi- nazirlik, dövlət komitələri,idarə,digər dövlət orqanlarının əsasnamələrinin və digər müvafiq sənədlərinin təhlili və reallıqları nəzərə almaqla bir-birini təkrarlayan strukturın aradan qaldırılması, dövrün tələblərinə cavab verməyən dövlət qurumlarının birləşdirilməsi və ya ləğv olunması və sair istiqamətdlərdə elmi və praktiki cəhətdən özünü doğruldan addımların atılmasını zəruru edir: “Çünki əhalisi heç 10 milyon olmayan Azərbaycan kimi bir ölkədə 20-yə yaxın nazırlik və bir o qədər də komitə, agentlik, baş idarə və sairin olması həm islahatların qarşısında ən böyük maneədir, həm də dövlət vəsaitinə qənaət etməyə imkan vermir. Nəqliyyat, Rabitə və Yüksək Texnogiyalar Nazirliyinin yaradılması da bu yöndə nəzərdə tutulan islahatların mühüm tərkib hissəsidir. Rabitə və nəqliyyat bir-biri ilə müəyyən formada bağlı olduğu üçün beynəlxalq praktikada onların bir nazirlikdə birləşdirilməsi təcrübəsi var. Bu məsələdə əsas odur ki,bu birləşmə nəticəsində yaradılan yeni nazırliyin fəaliyyəti indiyədək ayrılıqda fəaliyyət göstərən hər iki nazirliyin fəaliyyətində səmərəli və əhali üçün faydalı olsun. Ona görə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin fəaliyyəti elə qurulmalıdır ki, bu yenilik nəticəsində həm göstərilən xidmətlərin keyfiyyəti yüksəlsin, həm də nazirliklərin biləşdirilməsi dövlət xərclərini azaltmağa, büdcə vəsaitlərinə qənaət etməyə imkan versin. Zamanın çağırışlarına uyğun olaraq arzu edək ki, yeni nazirlik lazımi dərəcədə çevik və səmərəli işləsin, əhaliyə göstərilən xidmətin keyfiyyəti yüksəlsin”.

шаблоны для dle 11.2

Xəbər lenti
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024