Cəmiyyət (11-05-2014, 12:01)
Orduda rüşvətxorluqla bağlı- Rəsmi açıqlama
Müdafiə Nazirliyindən orduda yayılan rüşvətxorluq iddiaları ilə bağlı açıqlama veriblər.
“Mediatv.az” xəbər verir ki, nazirliyin mətbuat xidmətindən anspress-in sorğusuna cavab olaraq bildiriblər ki, orduda rüşvətxorluq meylləri müəyyən edilməyib: “Belə bir hal müəyyən edilməyib”, - deyə nazirlikdən sorğuya cavab veriblər.
Nazirliyin mətbuat xidmətindən, həmçinin orduda yüksək rütbəli zabitlər arasında rüşvətxorluq meyllərinin yaranmasının qarşısını almaq üçün Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən tədbirlərə də aydınlıq gətiriblər.
Nazirliyin mətbuat xidmətindən sorğuya cavab olaraq bildiriblər ki, belə hallar müəyyən edilməyib.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanov 23 aprel 2014-cü ildə həbs edilib. Bakı Hərbi Məhkəməsi onun barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçib.
Xatırladaq ki, Ş.Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-cü (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirləndirilir.