Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (28-02-2025, 14:01)
Doğum günü olan general - Hikmət Mirzəyev haqda BİLMƏDİKLƏRİMİZ


Bu gün  Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyev müdafiə nazirinin müavini - Quru Qoşunlarının komandanı Hikmət Mirzəyevin doğum günüdür.

Mediatv.az Oxu24.com-a  istindən  xəbər verir ki, Hikmət Mirzəyevin xüsusilə də Vətən müharibəsində əməyi böyükdür. Şuşa əməliyyatında Hikmət Mirzəyevin komandanlığı ilə xüsusi təyinatlı qüvvələrimiz böyük qəhrəmanlıq göstərib, qürur yerimiz olan Şuşanı kiçik çaplı silahlarla, bəzi yerlərdə düşmənlə əlbəyaxa döyüşməklə geri alıblar. H.Mirzəyevin hər bir rütbəsində dövlətə dərin xidmət var. O, 2016 və 2020-ci illərdə Qarabağda aparılan hərbi əməliyyatların əsas rəhbərlərindəndir.

H.Mirzəyev Cəbrayıl rayonunun, Şuşa şəhərinin işğaldan azad edilməsi əməliyyatının rəhbəridir.

Onun yetişdirdiyi xüsusi təyinatlı qüvvələr digər qoşun növlərindən tamamilə fərqlənirlər. Xüsusi təyinatlı zabitlərimiz Ordumuzun görən gözü, vuran qolu, düşünən beyni hesab olunur.

H.Mirzəyev dünya miqyasında qəbul olunan əfsanəvi hərbçidir. O, dünyanın istənilən bölgəsində, istənilən relyefdə (dağ, meşə, səhra, su və s.) mümkünsüz olan hərbi əməliyyatları həyata keçirə bilən sərkərdədir.

Döyüşdə H.Mirzəyevlə üz-üz gəlmək intihar deməkdir. Onun xüsusi əlbəyaxa döyüş bacarığı, soyuq və odlu silahlardan möcüzəvi şəkildə istifadə etmək məharəti sadəcə inanılmazdır. Biz bütün bunları filmlərdə görmüşük. Şuşanın işğaldan azad edilməsi bunun təsdiqidir.

Ali Baş Komandan İlham Əliyevin Hikmət Mirzəyevi Şuşanın işğaldan azad edilməsi münasibəti ilə təbrik etməsi isə xüsusilə qeyd edilməlidir.

Xüsusi Təyinatlı Qüvvələrin Komandanı, general-leytenant Hikmət İzzət oğlu Mirzəyev Biləsuvar rayonunda doğulub. O, Birinci Qarabağ müharibəsində iştirak edib, xüsusi təyinatlı taborun üzvü olub. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
31 03 2025
31 03 2025
31 03 2025
31 03 2025
31 03 2025
30 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025