Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət / Slayd (24-06-2024, 09:04)
"İsa Həbibbəyli akademiya sistemində qanunsuzluğun pasportuna çevrilib"

 


"Ramiz Mehdiyevdən sonra İsa Həbibbəyliyə xidmət edən AMEA saytı reklam edir ki, "Akademik İsa Həbibbəyli çinli tələbələrə Azərbaycan ədəbiyyatı tarixindən mühazirə oxuyub". Nə böyük iş olubmuş! Adam bilmir özünü necə reklam etsin! Halbuki kasıb, ancaq ortabab savadı olan bir magistr, Həbibbəylidən 4 dəfə yaxşı mühazirə deyərdi. Reklam olunmaq üçünsə savadlı deyil, sadəcə, yeyimcil, vecsiz, sui-istifadəcil, doğrunun qənimi olub problemlərə biganə qalmalı, millətin haqqı üzərindən kef etməlisən (Həbibbəyli məntiqi)..." Dia-az.İnfo xəbər verir ki, bunu öz ittiham dolu açıqlamasında AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasov bildirib.
İ.Abbasov daha sonra əlavə edib: "Azərbaycanda 3-4 vəzifədən başqa, təkcə AMEA-da üç iri kabineti olan İsa Həbibbəyliyə yataqxanada otaq üçün müraciət edilir, deyir otaq yoxdur (işgəncə vermək üçün qəsdən yalan deyir ). Kirayə haqqına kömək üçün müraciət edilir, deyir, get, Heydər Əliyev Fondu etsin.
İsa Həbibbəyli akademiya sistemində qanunsuzluğun pasportuna çevrilib. Adam pula pul, vəzifəyə vəzifə demir. Həm də o qədər insafsızdır ki, vəzifəsinə tamamilə məsuliyyətsiz yanaşır. Taleyüklü məsələləri qoyub özünüreklamla məşğul olur.
Axı siz şoumen deyilsiniz, İsa Həbibbəyli!
Ey eyni zamanda AMEA-nın prezidenti, deputat, direktor, vəzifələrinə yiyələnmiş akademik İsa Həbibbəyli! Ailənin yataqxana üçün müraciətinə 120 gündür ki, baxmırsan. Sonra əlinin altında olan işçilərinə tapşırırsan ki, deyin, yataqxanada boş otaq yoxdur. Yalançıya vəzifə məsuliyyətsizliyi və əlahəzrət Qanun qənim olsun!
Dostun, Baş direktor Nadir Məmmədliyə tapşırıq verirsən ki, İdris Abbasovu sıxışdırın, maddi çətinliyə dözməyib çıxıb getsin. Hara gedim, İsa Həbibbəyli?! Sən və sənin yeyimcil övladların, nəvələrin niyə getmirlər? Sən özün niyə getmirsən?! 75 yaşında 3-4 vəzifəni tutub qanımızı içir, haqqımızı tapdalayırsan, qəsdən plagiatçılara, saxtakarlara, dövlət vəsaitini mənimsəyənlərə, rüşvətxorlara, dövləti və dövlət rəhbərini əməlləri ilə gözdən salanlara şərait yaradırsan. Elm müəssisəsindən əsər-əalmət qalmayıb. XXI əsrdə yataqxananı da alim ailəsinə çox görürsən. Ayıb deyilmi?! Halbuki sən və sənin uşaqların villalarda xumarlanır, milyonların içində üzürlər. Hansı xidmətlərinizə, hansı işlərinizə görə?! Haradandır o qədər pullar? Rüşvət almadığı, dövlət vəsaitini mənimsəyənlərələ və qanunsuz gəlir əldə edənlərlə ortaq olmadığı üçün öz Vətənində sığınacağa möhtac buraxılmış mənim kimilərin haqqı deyilmi?! Mən belə məsuliyyətsiz, biganə akademikləri, vəzifəliləri olan Azərbaycan dövlətindən sığınacaq istəyirəm!
Haram yollarla yığdığınız mülklər vayınız olsun!
İsa Həbibbəyli! Unutma ki, vəzifələr tutub işgəncə etməyə sənin haqqın yoxdur! Azərbaycan sənin və sənin dostlarının təsbit etdiyi qədər dərəbəylik olmayacaq.
Getməyə gəlincə, Qarabağ Universitetinə sənədlərimi təqdim etmişəm. Alınsa, narahat olma, gedəcəyəm.
Akademiyanı şəxsi sexinizə çevirmisiniz. Bunun bədəlinin olacağına şübhən olmasın! Amma gedənə qədər kirayə haqqını vermək lazımdır, ya yox?! Vecinə almırsan. Deyirsən, mənim nə vecimə?! Bəs AMEA aliminin düşdüyü ağır vəziyyət sənin vecinə olmayanda Ermənistan Elmlər Akademiyası prezidentinin vecinə olmalıdır?!
Mən 21 ildir, İsa Həbibbəylini tanıyıram. Adamda qanunu pozmadan qayğıkeşlik və məsuliyyət duyğusunun, elementar dövlətçilik şüurunun olmadığını tam yəqin etdim. O, qanununun canını alaraq, dövlətin və xalqın qanına susayaraq o qədər "yaxşılıqlar" edib ki, Azərbaycan elmi və alimi çıxlmaz vəziyyətə düşüb..."
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024