Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (17-04-2024, 11:39)
Varlı azərbaycanlılar Gürcüstan kazinolarında...

Varlı azərbaycanlılar Gürcüstan kazinolarında...
Bakı Avrasiya Universitetinin (BAU) prorektoru Gürkan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzduğu haqda xəbərlər yayılıb. Demokrat.az məlumat verir ki, yayılan xəbərlərə əsasən, BAU-nun prorektoru dostları ilə birlikdə Gürcüstanın paytaxtı Tiflisə istirahətə yollanıb və aprelin 11-də əyləncə məqsədilə məşhur “Ambasodor” kazinosuna gedib. Amma onun əyləncəsi, necə deyərlər, “burnundan gəlib”. Belə ki, prorektor kazinoda yüksək məbləğdə pul uduzub. Gürkan Hüseynov həm də Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynovun oğludur. Əslən Gədəbəydən olan rektor öz oğlunu ali məktəbin prorektoru təyin edib. Bakı Avrasiya Universitetinin rektorunun köməkçisi Şəfayət Avılbəyli Oxu.az-a bildirib ki, yayılan məlumatlar yalandır.

Mətbuatda zaman-zaman Azərbaycandan olan iş adamlarının, hətta deputatların Tiflisdə kazinoda qumar oynaması ilə bağlı xəbərlər yayılır.

Məlumdur ki, Azərbaycanda qumar (kazino) fəaliyyəti rəsmi olaraq yasaqdır. Belə ki, mərhum dövlət başçısı Heydər Əliyev Azərbaycanda bütün kazino və qumarxanaların bağlanması barədə 1998-ci ildə qərar verib. Bununla belə, Bakının müxtəlif ünvanlarında hələ də kazino və qumarxanalar gizli şəkildə fəaliyyət göstərir. Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları paytaxtın müxtəlif yerlərində mütəmadi olaraq, belə obyektlər aşkarlayırlar. Amma imkanlı azərbaycanlılar daha çox ölkədən kənarda qumar oynayırlar. Son illər varlı azərbaycanlıların kazino həvəsi ilə əsasən qonşu Gürcüstana - Tiflis və Batumiyə üz tutduqları vurğulanır. Bildirildiyinə görə, azərbaycanlı varlıları, o cümlədən bəzi müxtəlif çaplı məmurları Tiflis kazinolarında əsasən həftəsonları görmək olar. Yay aylarında tətil üçün Batumiyə üz tutanlar üçün də buradakı kazinolar ən sevimli məkanların başında gəlir. Kazinoların qarşısında daim Azərbaycan, özəlliklə də Bakı nömrəli maşınlar görmək olar. Azərbaycandan olan qumarbazlar qonşu ölkənin paytaxtındakı kazinoların əsas gəlir mənbəyidir. İddialara görə, hazırda Gürcüstan iqtisadiyyatı qumar biznesindən sanballı gəlir əldə edir. İran, Türkiyə, Tacikistan və Qazaxıstandan da qumar həvəskarları tez-tez Gürcüstana gəlirlər.

Hazırda qumar biznesinin genişliyinə görə dünyada birinci yeri ABŞ tutur. Bu biznesin ilk qanuniləşdiyi ölkələrdən biri də məhz ABŞ-dır. Ondan sonrakı sıralamada Avropanın cırtdan ölkəsi olan Monako, Malta, Böyük Britaniya, Kamboca, Hindistan və Çin gəlir.

Gürcüstan iqtisadiyyatı bu biznesdən milyonlar qazanır. Azərbaycanda da kazino biznesinə icazə verilməsi iqtisadi baxımdan sərfəli deyilmi? Kazino həvəskarlarını dünyanın dörd bir tərəfindən ölkəyə cəlb etmək üçün bu addım atılmalıdırmı?

Tanınmış vəkil Əkrəm Həsənov “Yeni Müsavat”a deyib ki, kazino biznesi kifayət qədər gəlirlidir: “Kazinolar, qadın və narkotik alveri Azərbaycanda qadağandır. Amma xeyli ölkə var ki, bu bizneslərə orada "yaşıl işıq" yandırılıb. Bu iqtisadi məsələ olmaqla yanaşı, həm də mənəvi məsələdir. Azərbaycanda bu bizneslərin qadağan olunması mənəvi tərəflərlə əlaqəlidir. Yəni hər şey pulla ölçülmür".

Əkrəm Həsənov hesab edir ki, Azərbaycan kazino biznesinə icazə versə belə, Gürcüstandakı kazinoların müştəriləri ölkəmizə axın etməyəcək: “Azərbaycanda qanunçuluğun vəziyyəti Gürcüstandan qat-qat pisdir. Ölkədə kazino olsa belə, bizdəki cığallıq, yersiz müdaxilələr müştərilərin Azərbaycana üz tutmasının qarşısını alacaq. Bura xaricdən gələn müştəri əmin olmayacaq ki, udduğu pulu buradan rahat şəkildə apara biləcək. Hətta haram olan məsələlərdə də qayda-qanun olmalıdır. Azərbaycanda isə qanuni, haram olmayan məsələlərdə belə qayda-qanuna o qədər də əhəmiyyət verilmir. Azərbaycanda kazinoların açılmasını əngəlləyən həm də bu məsələdir. Ümumilikdə kazinolar bərpa edilmədən də turizm sektorunu inkişaf etdirmək mümkündür”.

Məsələnin mənəvi-sosial tərəfləri barədə “Yeni Müsavat”a danışan sosioloq Əhməd Qəşəmoğlu hesab edir ki, Azərbaycanda kazinoların açılması cəmiyyəti uçuruma apara bilər: “Hansı cəmiyyətdə ki, mənəvi dəyərlər öndə olur, o cəmiyyətlər öz-özünü tənzimləyə bilir. Həmin cəmiyyətlərdə bir ahəng yaranır. Maddi dəyərlər öndə, mənəvi dəyərlər arxa planda olan cəmiyyətdə isə çox böyük problemlər yaranır. Hansı ki, biz artıq öz cəmiyyətimizdə bunu müşahidə edib, ən eybəcər hallar barəsində, demək olar ki, hər gün məlumat alırıq. Belə davam etsə, bir neçə il sonra daha fəlakətli və xoşagəlməz halların şahidi olacağıq. Bu, cəmiyyətin qanunauyğunluğudur. Bütün bunlar heç kimin istəyi ilə baş vermir. Azərbaycan cəmiyyətinə nəzər salsaq, çox şeyi görərik. Bu cəmiyyət elə bir haldadır ki, hər şey bir-birinə qarışıb. Ortada xaotik vəziyyət var. Biz burada indiki və yaxın onilliklərdə ən çox diqqəti ona verməliyik ki, Azərbaycan özünün min illərdən bəri gələn yaxşı dəyərlərini itirməsin. Bir millət və xalq olaraq bunları qorumaq lazımdır. Biz mənəvi dəyərlərə üstünlük verməliyik. Çünki mənəvi, əxlaqı dəyərlərin öndə olması bu cəmiyyəti yeganə xilas edə biləcək vasitədir. İndiki vaxtda, etdiyimiz halların baş verdiyi bir zamanda Azərbaycanda kazinoların açılması uyğun hal deyil”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024