Cəmiyyət (26-03-2024, 16:16)
Dağ yəhudiləri Azərbaycanın milli sərvətidir
Qod Nisanov: “Əgər valideynlər işləyirsə və uşaqlar ancaq həyatdan zövq alırlarsa, nəvələr sədəqə yığacaqlar”.
Qırmızı Qəsəbə Quba rayonunda, Qusara gedən yol üzərində, Qudyalçayın kənarında yerləşir. Tarixi mənbələrə görə, bura yəhudilər Abbasqulu ağa Bakıxanovun dəstəyi ilə köçürülmüşdür. XVIII əsrdə bu qəsəbə "Qafqazın Yerusəlimi" adını almışdı. İkinci dünya muharibəsindən sonra yəhudi əsilli əhalinin sayı kənddə daha da artdı. Azərbaycan müstəqillik əldə etdikdən sonra İsrail burada yaşayan yəhudilərə kömək edir.
1990-cı illərin əvvəllərində Qırmızı qəsəbənin sakinlərinin xahişi ilə Milli Məclis qəsəbənin adını dəyişib "Fətəli xan" adlandırılmasını qərara almışdı. Lakin həmin qərar təsdiq edilmədiyindən qəsəbənin köhnə adı saxlanılmışdı. Lakin 5 oktyabr 1999-cu ildə qəsəbənin adı dəyişdirilərək Fətəli xan adlandırılmışdır.
Qəsəbədə üç sinaqoq və bir rus dilli orta məktəb fəaliyyət göstərir. Rayonun yerli camaatı qəsəbəni "Qırmızıkənd" (Krasnoselsk) adlandırır. Əhalisi əsasən yəhudilərdən ibarətdir. Bundan başqa burada azərbaycan türkləri və ləzgilər də yaşayır.
Qəsəbədə bir-birindən yaraşıqlı mülklər və qədim tikililər göz oxşayır. Yahudi xalqının özünəməxsus toy və yas adətləri var. Bununla yanaşı, qəsəbədə yaşayan yəhudilər Azərbaycan xalqının adət-ənənələrinə də hörmət bəsləyirlər. Onlar milli bayramların hər birində yaxından iştirak edir. Qəsəbədə fəaliyyət göstərən Azərbaycan və rus məktəblərində həmçinin ivrit dili də tədris olunur. Dağ yəhudilərinin gündəlik işlətdikləri İran kökənli "cuvuri" dilində danışırlar. Bu gün Azərbaycan dağ yəhudiləri arasından həkim, müəllim, siyasətçi, hüquqşünas və müxtəlif peşə sahibləri çıxırlar və onlar yaşadıqları ölkəyə və dövlətə xidmət edirlər. Qəsəbənin sakinləri dünyaca tanınmış iş adamları Qavril Yuşvayev, Zarah İliyev, Telman İsmayılov, Aleksandr Şapiro Suliman, millət vəkili Yevda Abramovla yanaşı, torpaqlarımızın azadlığı uğrunda şəhid olan Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun adını da fəxrlə çəkirlər. Bu şərəfli isimlər arasında əlbəttə ki, haqqında söz açdığımız Nisanovlar da vardır.
Ziyalı ailəsində böyüyüb başa çatan Qod Nisanovun atası rəhmətlik Simon Nisanov sovet Azərbaycanının məşhur sənaye müəssisələrindən sayılan Quba Konserv Zavodunda rəhbər vəzifələrdə çalışıb. Ölkə sənayesinin inkişafına önəmli töfhələr verən ata Nisanov hər zaman övladlarını zəhmətə alışdırıb. Bəlkə elə buna görə də Qod Nisanov gənc yaşlarından çalışmağa, çətinliklərə rəğmən ciddi uğurlar qazanmağa müvəffəq olub. 18 yaşından biznes fəaliyyətinə başlayan iş adamının həyatı heç də kənardan göründüyü kimi, asan olmayıb.
Yəhudi əsilli məşhur azərbaycanlı biznesmen Qod Nisanov RBC-yə verdiyi müsahibəsində “Kiyevski Ploşad” şirkətlər qrupunun bir çox layihələrinin onun övladlarının və bacısı oğullarının reallaşdırılmış ideyaları olduğunu bildirib və qeyd edib ki, uşaqlara dərhal “böyük parça və gözəl stul” verilməməlidir: “Əgər valideynlər işləyirsə və uşaqlar ancaq həyatdan zövq alırlarsa, nəvələr sədəqə yığacaqlar”.
Qod Nisanov 1972-ci il mayın 24-də Quba rayonunun Qırmızı qəsəbəsində anadan olmuşdur. Bakıda Maliyyə-Kredit Texnikumu, sonra isə Hüquq İnstitutunu bitirmişdir. 1990-cı ildə "AST" kampaniyasında işləmişdir. 2001-ci ildə Lyublinoda şəriki Zarah İliyevlə birgə "Moskva" ticarət mərkəzini açmış, 2005-ci ildə isə "Biskvit" kompaniyasını və "Ukrayna" hotelini almışdır. 2006-cı ildə "Avropa" hotelini açmışdır. 2000–2005-ci illərdə "Doymond Katters" MMC-də calışmışdır.
2005-ci ildən "Kiyevskaya Ploşad" holdinqin idarə heyətinin sədridir.
4 iyul 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.
14 yanvar 2014-cü ildə Rusiya Federasiyası Prezidentinin Sərəncamı ilə "Dostluq" ordeni ilə təltif olunmuşdur.
Qod Nisanov 1 iyun 2016-cı ildə "Xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə" Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
Mediatv.az bildirir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2022-ci ildə Qod Nisanov xalqlar arasında dostluğun möhkəmləndirilməsində və Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə "Dostluq" ordeni ilə təltif edilib. 1 mart 2024-cü ildə mükafatı ona Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu təqdim edib.
Qod Nisanov Rusiyada Qarabağ həqiqətlərinin yayılması, Azərbaycan diasporunun inkişafı istiqamətində də mühüm işlər görüb. Zaman- zaman Qod Nisanovun fəaliyyətinə kölgə salmaq məqsədi ilə süni kampaniyalar təşkil edilməsinə baxmayaraq, o, Azərbaycanın təbliği naminə fəaliyyətinə bir an belə fasilə verməmişdir. Təsadüfi deyil ki, 2020-ci ilin iyul ayında Ermənistan Silahlı Qüvvələrinin Tovuz rayonu ərazisində törətdiyi təxribatlar zamanı onun rəhbəri olduğu “Food City” bazarında ermənilərin satdığı məhsullar boykot olunub və bu barədə danışıq üçün gələn Ermənistan səfirliyinin nümayəndələri qəbul edilməyib. 44 günlük Vətən müharibəsində isə şəhid və qazi ailələri, Vətən müharibəsi iştirakçılarına çoxsaylı yardımlar edib.
Qod Nisanov çox xoşbəxtdir ki, arzusu həyata keçmiş, Vətənin torpaqları işğaldan azad olunmuşdur.
Oxucularla irəliləyən görüşlərimizdə Azərbaycanın yəhudi əsilli digər görkəmli şəxsiyyətləri, ləyaqətli vətəndaşları haqda oçerklər təqdim edəcəyik.
Əfqan Quliyev
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024