Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (3-02-2024, 12:44)
Bakıya ödənilməli olan 250 milyard: Pulu verməsələr, bu əraziləri də... - ŞOK GƏLİŞMƏ...

Bakıya ödənilməli olan 250 milyard: Pulu verməsələr, bu əraziləri də...
Ermənistan spikeri Alen Simonyanın bu açıqlaması bizə daha böyük şanslar yaradır ki, Azərbaycan Konstitusiyası yenidən işlənsə, hazırkı Ermənistanın böyük bir hissəsi əllərindən yenə çıxacaq. Əgər burada hüquqi və coğrafi səbəblər gündəmə gəlsə, biz, 1918-ci ildə mövcud olan Azərbaycan ərazilərinin tam sərhədlərini müəyyən edə bilərik. Nəticədə indiki Ermənistan deyilən dövlət hüquqi baxımdan Azərbaycana daha çox ərazilər qaytarmalı olacaq.

Bu sözləri Teleqraf.com-a AMEA-nın Elm Tarixi İnstitutunun elmi katibi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev deyib.

Onun sözlərinə görə, bu söz deyil, bunlar sənədlər, qərarlar, sərəncamlar və o dövrün hüquqi yanaşması, faktorudur:

“28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti təşkil olunanda inzibati-ərazi hüquqlarının xəritəsi qəbul edilmişdi. Xəritə Azərbaycan Dövlət Yerquruluşlu Layihə İnstitutunun arxivində saxlanan, dövlətimizin 1871-ci ildən 1920-ci illərə qədər olan, orijinal sənədlərdən, torpaq istifadəçilik aktlarından və imperatorlar II Aleksandr, III Aleksandr və III Nikolayın möhürləri ilə təsdiq edilən sənədlər əsasında tərtib edilmişdi. Bu xəritədə Azərbaycan dövlətinin inzibati ərazisi Gürcüstan, Rusiya, Türkiyə və İranla olan sərhədlər 1894-cü ilə olan vəziyyətdə saxlanmaqla, 9 910 719 kvadratkilometr təşkil edir. Bu xəritədə də Zəngəzur qəzası Azərbaycanın tərkibində idi. Ərazinin Azərbaycana mənsubluğunu göstərən başqa bir fakt, tutarlı mənbə isə XIX əsrin sonunda (1886-cı il) Tiflisdə nəşr olunmuş "Qafqazda dövlət kəndlilərinin təsərrüfat həyatını öyrənmək üçün materiallar" adlı əsərdir. Bu əsərdə də Zəngəzurun toponimiyası – kəndləri, obaları, çayları, dağları, meşələri, dağları (hündürlüyü də), yaylağı, qışlağı, dərəsi, yamacı, selavı öz əksini tapmışdır. 1828-1917-ci illər Rusiya sərhəd xidmətinin sənədlərində İrəvan Azərbaycan tatarlarının (türkləri) ərazisi kimi göstərilirdi. Rusiya arxivindən maraqlı üç sənəd göndərdilər. Rus müəllifi yazır ki, İrəvanı ermənilərə bolşeviklər hədiyyə etdi. Sənəddən bir sitat Sonrakı bölmədə İrəvan guerniyasının hekayələri qorunub saxlanılmışdır. Yeganə istisna üç şəhərin adı idi "İrəvan" (1828), Gümrü Aleksandropol (1837), Kever - Novo-Bayazet (1850) adlandırıldı. "Osmanlı, Amerika, Rusiya, Almaniya və Britaniyanın Batumi konfransında Azərbaycana edilən təzyiqlər və müstəqilliyimizin tanınmayacağı ilə bağlı şantajları İrəvanın ərazi olaraq itirilməsinə səbəb oldu”.

Tarixçi qeyd edib ki, Azərbaycan 1920-ci ildə işğal edilərkən ərazisi 114 min kvadrat kilometrə yaxın idi:

“Bunu təsdiq edən sənədlər, xəritələr var. Hətta 1922-ci ildə yaradılan SSRİ-nin tərkibinə daxil olanda belə fərqli idi. SSRİ-nin tərkibindən çıxanda isə Azərbaycan ərazisinin ölçüsü 86,6 min kvadratkilometr olub. Yəni təxminən 26 min kv.km torpaqlarımızı SSRİ dövründə itirmişik. Xalq Cümhuriyyəti dövründə Azərbaycan ərazisi 113,9 min kv.km idi. Bunun 97,3 min kv.km-i mübahisəsiz, 16,6 kv.km-i mübahisəli idi. Gürcüstanla 8,7 min kv.km, Ermənistanla isə 7,9 min kv.km həmsərhəd ərazi qonşu dövlətlər tərəfindən mübahisəli torpaq sayılırdı. Ərazi məsələlərinin birtərəfli həlli nəticəsində “mübahisəli” ərazilər ermənilərə verildi. Bundan əlavə olaraq, 11 min kv.km ərazimiz Ermənistana bağışlandı. Bu ərazilərə Zəngəzur, Dərələyəz qəzaları və Göyçə dairəsinin torpaqları daxil idi. Beləliklə, həmin illərdə Azərbaycanın 27,6 min kv.km ərazisi itirildi”.

Zaur Əliyev bildirib ki, 1922-ci ildə Dilican ərazisi və Göyçə ərazisinin qalan torpaqları da Ermənistana bağışlanıb:

“1929-cu ildə Naxçıvan Muxtar Respublikasının 657 kv.km torpaq sahəsi - 11 kəndi, Zəngilan rayonunun 3 kəndi Ermənistana verildi. Bundan əlavə, həmin illərdə Əldərə, Lehvaz, Astazur, Nüvədi və başqa yaşayış məntəqələri də Ermənistanın ərazisinə birləşdirildi. 1938-ci ildə Zaqafqaziya MİK Rəyasət Heyətinin qərarı ilə Şərur rayonunun Sədərək və Kərki kəndləri ətrafındakı müəyyən ərazilər Ermənistana keçdi. Əgər həqiqətən Azərbaycan Konstitusiyası müzakirə edirlərsə, onda bu ərazilər necə olacaq? Ona görə, bu proses zamanı Azərbaycan tərəfi 1974-cü il xəritəsini yox, Sovetlərin Azərbaycanı işğal etməsindən sonra, yəni 1974-cü ilə qədər olan əraziləri gündəmə gətirməlidir”.

Zaur Əliyev vurğulayıb ki, Azərbaycan müsətiqllik elan edəndə özünü AXC-nin siyasi və hüquqi varisi kimi dünyaya qəbul etdirib:

"Əgər söhbət müasir hüquqla müzakirə ediləcəksə, 1991-ci ildə Azərbaycanın ərazi bütövlüyü və sərhədləri BMT nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndində dolayı yolla əksi var. Müstəqil prinsip kimi o, Helsinki Yekun Aktında təsbit olunmuşdur. Göstərilən prinsipin başlıca məzmunu ondan ibarətdir ki, dövlətlər bir-birinin ərazi bütövlüyünə hörmət etməlidirlər. Hər bir dövlət başqa bir dövlətin ərazi bütövlüyünün pozulmasına yönəlmiş hüquqazidd hərəkətlərdən çəkinməlidir. Dövlətin ərazisi qanunsuz güc tətbiqi nəticəsində hərbi işğal obyekti ola bilməz.

Ərazi bütövlüyü prinsipi özündə digər bir prinsipi xıx əsrdə Latın Amerikasında Formalaşmış və 1986-cı ildə Burkina Faso /Mali işində BMT-nin Beynəlxalq Məhkəməsi tərəfindən ümumi beynəlxalq hüquq norması kimi xarakterizə edilmiş uti possidetis prinsipini ehtiva edir. Uti possidetis prinsipinin məğzi ondan ibarətdir ki, müstəmləkələrin və ya federasiya subyektlərinin əvvəlki sərhədləri tehi müstəqil dövlətlərin beynəlxalq sərhədləri olur və müvafiq razılıq olmadan dəyişilə bilməz. Azərbaycanla bağlı demək olar ki, onun SSRİ dövründə malik olduğu ərazisinin bütövlüyünə istənilən iddia və ya qəsd sözü gedən prinsipə tamamilə ziddir. Azərbaycan Respublikası müstəqillik əldə etdiyi andan etibarən Dağlıq Qarabağ Muxtar Vilayətinin də daxil olduğu Azərbaycan SSR-nin keçmiş inzibati sərhədləri beynəlxalq sərhədlər sayılır və beynəlxalq hüquqla qorunur. SSRİ-nin süqutu ilə suverenliyinin dəyişdirilməsi və keçmiş müttəfiq respublikalar tərəfindən hüquq varisliyinin elan edilməsi onların müstəqillik əldə etdikləri ana qədər mövcud olan və daimi xarakter daşıyan sərhədlərini sarsıda bilməzdi.

Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında razılaşmanın 5-ci maddəsinə uyğun olaraq, 1991-ci ilin 8 dekabrdan etibarən “Razılığa gələn tərəflər Birlik çərçivəsində biri-birinin ərazi bütövlüyünü, mövcud sərhədlərinin toxunulmazlığını tanıyır və hörmət edirlər”. Bu yanaşma, həmçinin, 1991-ci il dekabrın 21-də Azərbaycan və Ermənistan da daxil olmaqla 11 keçmiş sovet respublikaları arasında imzalanmış Almatı deklarasiyasına da şamil edilib. Bu sənədləri imzalamaqla Ermənistan Qarabağı Azərbaycan Respublikasının ərazisinin bir hissəsi kimi tanıyıb. Bəzi dövlətlər buna məhəl qoymasalar da dövlətlərin ərazi bütövlüyü və toxunulmazlığı müasir beynəlxalq hüququn ən mühüm və ümumi tanınmış prinsiplərindən biridir. Qanun BMT nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndində öz rəsmi ifadəsini tapmışdır.

Hər hansı bir dövlətin tam və müstəqil suverenliyi altında olan bütün sahələr, o cümlədən quru və sular, yerin altı və müvafiq hava sahəsi dövlət ərazisinin tərkibinə daxildir. Onda Ermənistan məcburdur ki, beynəlxalq hüquq və beynəlxalq təşkilatlarla tanınan dövlətimizə 30 ildə dəyən maddi-mənəvi zərəri ödəsin. 30 il işğal altında olan torpaqlarda yaşayış evləri, tarixi abidələr, mədəni abidələr və digərləri dağıdılmış, təbiətinə ciddi zərərlər vurulmuş və yeraltı və yerüstü sərvətləri talan edilmişdir. Buyursunlar biz Azərbaycan Konstitusiyasını dəyişək və ora bunu əlavə edək. Ermənistan Azərbaycana 250 milyarddan daha çox zərəri ödəsin. Beynəlxalq hüquq da bunu tələb edir. Ona görə də Alen Simonyana düşünməyi təklif edirəm. Hər iki cürə yanaşmada itirən Ermənistan özü olacaq”.
шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024