Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (23-01-2024, 19:42)
Qazidən rüşvət alan məmur azadlığa buraxılıb

Qazidən rüşvət alan məmur azadlığa buraxılıb
Dövlət Sığorta Kommersiya şirkətinin Xaçmaz filialının sabiq müdiri Fərhad Dəmirov Ali Məhkəmənin qərarı ilə şərti azadlığa çıxıb.

"Unikal"ın məlumatına görə, Fərhad Dəmirov cəzasının 3 il 2 ayını çəkdikdən sonra azadlığa buraxılıb. Belə ki, Fərhad Dəmirov Bakı Ağır Cinayətlər Məhkəməsinin 15.12.2021-ci il tarixli hökmü ilə rüşvət almaqda ittiham edilərək 4 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Xatırladaq ki, Dövlət Sığorta Kommersiya şirkətinin Xaçmaz filialının sabiq direktoru Dəmirov Fərhad Ağamurad oğlunun sığorta ödənişinin verilməsi üçün Xaçmaz rayon sakini Məlikov Asif Məcid oğlundan 1.200 manat məbləğində pul vəsaitini istəməsi barədə müraciət əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. Bununla bağlı keçirilmiş əməliyyat tədbirləri zamanı Fərhad Dəmirov 17 noyabr 2020-ci il tarixdə 1.200 manat məbləğində pul vəsaitini filialın inzibati binasında baş mütəxəssis vəzifəsində çalışmaqla sürücüsü olan Qeybullayev Şəhriyar Mehman oğlu vasitəsilə alan zaman onunla birlikdə cinayət başında yaxalanıb. Xidməti otağına baxış zamanı oradan müxtəlif sənədlər və 8 ədəd bank kartı aşkar olunaraq götürülüb.

Qeyd edək ki, Qarabağ qazisi Asif Məlikov 1994-cü ildə Ağdamın Güllücə kəndi yaxınlığında gedən döyüşlərdə yaralanıb. 2003-cü ildə Müdafiə Nazirliyinin həkim komissiyasının qərarına əsasən, ona hərbi travma alması barədə rəy verilib
шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024