Cəmiyyət (8-01-2024, 19:39)
Bakıda həbs olunan Fransa casusunun şirkəti ölkəmizdə hansı sektorda fəaliyyət göstərir?
Xəbər verdiyimiz kimi, Fransa Xarici Kəşfiyyat Baş İdarəsinin Azərbaycanda apardığı casusluq fəaliyyətinə görə həbs olunmuş şəxslərdən birinin şəxsiyyəti məlum olub. Bu "Merkorama" Məhdud Məhsuliyyətli Cəmiyyətinin (MMC) baş direktoru Martin Ryandır.
Qaynarinfo Martin Ryanın direktoru olduğu şirkətinin Bakıda hansı "işlərlə" məşğul olmasını araşdırıb.
Məlum olub ki, "Merkorama" MMC 09.10.2020-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvani Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov, ev 13, m8, m. 5-dir.
Şirkətin rəsmi veb səhifəsi olmasa da, sosial şəbəkə səhifələrində qeyd edilir: "Biz ilk növbədə istehlakçı tələbatına cavab verən və xüsusilə yerli bazarda yeni tendensiyalara diqqət yetirən, əsasən HORECA (qida xidməti səneyesi) sektoru üçün ərzaq məhsulları və xammalın idxalçıları və distribyutorlarıyıq".
Məlumatda o da bildirilir ki, şirkət müxtəlif sektorlardan olan xarici şirkətlərə Azərbaycanda ixrac və ya təsis layihələrində məsləhət və dəstək verir.
"Nəhayət, biz həm də Azərbaycanda mövcud olan və ya yaradılması prosesində olan, fəaliyyətlərinin bir hissəsini autsorsinq etmək istəyən yerli və xarici bizneslər üçün geniş çeşidli həllər və xidmətlər (İT həlləri, mühasibat uçotu, hüquqi dəstək, tərcümə) təqdim edirik", deyə şirkətin məlumatında qeyd edilir.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024