Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (21-12-2023, 22:00)
Azərbaycan ordusunun qələbə izi ilə…-LAÇIN MİNKƏND SƏFƏRİ(Reportaj)

    Dan yeri söküləndə Bakıdan Laçına yola düşürük. Qəhrəmanlar, ərənllər, qartallar yurduna! İllərlə ayrı düşdüyüm özümdən özümə -Laçına yola düşürəm. Özü-özündən ayrı düşən bir insanın əhvalını sözlə ifadə etmək çətindir.  Onu yaşamaq lazımdır, kimsəyə arzulamadığım bir yaşam...
Laçına özümdən ayrı düşən Özümü axtramağa gedirdim.
Ora xatirələrimi axtramağa, zamanında çata bilmədiyim arzularımı gur selinin ağuşuna alıb dünyaya səpələyən Həkərimlə dərdləşməyə gedirdim. Qubadlıda döyüş yoldalarımın, silahdaşlarımın, səngərdə son tikəmizi yarıya qədər böldüyümüz dostlarımı xatırlamaq üçün gedirdim. Kəndimizin qəhrəman ŞƏHİDLƏRİNİN unudulmayan xatirəsini əbədiləşdirmək üçün gedirdim qəhrəmanlar yurduna. Öz boyumdan böyük, çəkimdən artıq yük sallanmışdı ÇİYNİMDƏN. Bu günə qədər Laçınlı olaraq laçınsız qaldığım acı xatirələrimlə baş-başa qalmışdım. Axı ordan başlayırdı mənim üçün dünya- Laçından, Minkənddən...

Yox, daha bu düşüncələrdən qaçmaq, o fikirləri qovmaq lazmıdır başımızdan, birdəfəlik...Necə deyərlər, Azərbaycan Ordusunun düşməni torpaqlarımızdan birdəfəlik qovduğu kimi...
Cənab Ali Baş Komandanın Azərbaycan adına dünyada açdığı yeni səhifələr, dünyanın heyrət edib həsəd apardığı Prezident İlham Əliyev, Xalq, Ordu birliyinin gücü qarşısında darmadağın olmuş düşmənin bu günkü rəzil durumunu xatırlayıram. Qürur duyuram Prezidentimlə, ordumla, əsgərimlə, zabitimlə, qəhrəmanlarımla. Bu qələbədə heç vaxt unutmyacağımız, Azərbaycan var olduqça adları yaşayan şəhidlərimizin surəti gözümün önündən bir-bir keçir...Nəhayət, "sənədlərinizi verə bilərsinizmi, müəllim" -deyə mənə yaxınlaşıb müraciət edən ucaboy, mədəni və qarayanız idmançı çüssəli polis nəfərinin səsi məni baş-başa qaldığım xəyallardan ayırdı...
Azərbaycan Ordusunun azad etdiyi torpaqları görmək, yollarını qət etmək, onların izi ilə getmək, açdığı cığırlarla yola düşmək şükürlər olsun ki, bizlərə də nəsib oldu. Polis postunda yoxlamadan keçəndən sonra həyacan başladı. Azad edilmiş ərazilərə keçən zaman ilk ağlıma gələn bu oldu: Xeyirlə şərin mübarizəsi və sonda xeyirin şər üzərində qələbəsi. Daha dəqiq desək, xalqımızın Azərbaycanın haqq savaşı uğrunda müharibədə mənfur düşməni darmadağın etməsi.
Yolboyu dağılmış evlər, viran qoyulmuş binalar, məhv edilmiş kəndlər və silinmiş şəhərləri gördükcə erməni vəhşiliyinin hansı formada olduğunun şahidi olursan. Onlar hətta təbiətə qarşı da vəhşilik törədiblər. Kəsilmiş ağaclar və solmuş təbiət... 

 

                                      Laçın yenidən qurulur...

Qaranlıq düşür, yolların narahat olması, sürətimizə də təsir edirdi. Cəbrayıl, Zəngilan və Qubadlıdan keçib Laçına doğru irəliləyirik. Nəhayət ki, Laçın görünür, sanki cənnətdə özünü hiss edirsən. Laçında işıqlı, gözəl və adama ruh verən bir mənzərə ilə qarşılaşırıq. Adamlar iş başındadır. Ev tikən, yol çəkən hər kəs səfərbərdir, işğaldan azad etdiyimiz ərazilərin yenidən qurulması üçün. Şirkətlərin sayı-hesabı bilinmir. Laçın Abadlıq MMC-nin rəhbəri Nəsimi Əsədovla əlaqə saxlayırıq. Ona Minkənddə 19 nəfər Qəhrəman ŞƏHİDLƏRİMİZİN xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə gəldiyimizi  bildiririk. O, bizim  qalmağa yerimizi və sabah mənzil başına aparacağımız yükün nəqliyyatını da təşkil etməyi söz verir. Onunla görüşəndə çox səmimi və işguzar bir insan olduğunun şahidi olursan. Olduqca sadə adamdır. Qəbuluna da hər kəs düşə bilir, açıq qapıdır. Ofisə daxil olub Nəsimi müəllimi soruşuram. Adamların arasında olan sadə geyimli bir nəfəri göstərirlər. Gözlərimə inana bilmirəm. Bu qədər sadə insan...

 Nəhayət maşın və digər ehtyiaclar da həll olunur. Yolumuza üzü Minkəndə doğru davam edirik. Bizimlə üç maşın hərəkət edir. Bir maşında Rüfət Səfərov və Xaliq Allahverdiyev.  Digər maşında Namiq və Ceyhun. İkinci qrup Qarabağ əlili Vaqif Yusifov, Elnur Quliyev və mən isə Vaqif Yusifovun maşınında yolumuza davam edirdik. Yollar enli, rahat. Görmədiyimiz bir yoldur. Əvvəllər bu yolla 2.5 saata Minkəndə gedə bilirdiksə, indi 40 dəqiqəyə mənzil başına çatdıq. Bu barədə ayrıca....


“Onlar  Şəhidliyi və qaziliyilə bu millətin ruhunu yenidən özünə qaytaran                                              qəhrəmanlardır!”

Qalib dövlətin, millətin vətəndaşı, həmçinin 44 günlük Vətən Müharibəsinin və Lokal Antiterror əməliyyatının qəhrəmanının atası olaraq işğaldan azad olunmuş torpaqları görmək çox qürurvericidir. Bundan gözəl hansı duyğu ola bilər?
Əvvəlcədən işimizin ehtiyyatını tutmuşduq. Yol ehtiyyatı da qaydasında idi. Ən vacibi gecələməyə yerin olmasıydı. Bir nəfər mənə “Qalaça” kəndində Böyük bir yol idarəsinin olduğunu demişdi, hətta telefon nömrəsini də yollamışdı. Ancaq hələ əlaqə yaratmamışdım.  Kəndə yaxınlaşanda yolun kənarında qum-çınqıl yığıldığını gördük. Maşınlar növbə ilə yüklənirdi, bütün bunları siyahıya alan hündürboy bir adamı görüb ona yaxınlaşdıq. Bu adam mənə çox dogma gəldi və yaxınlaşdıqca onun dostum Eldəniz olduğunu gördüm. Vaqif də onu tanıyırdı. Bu görüş çox şeyi həll elədi, qalmağa yer və digər ehtiyacları. Dostum Eldəniz də Emin müəllimin haqqında çox yaxşı danışdı. Nəhayət Emin müəllimin yanına gəlib ona bizim məqsədimiz barədə məlumat verdim. Emin müəllim “ŞƏHİDLƏR bizimdir, nəyə ehtiyacınız varsa, hamısını həll edəcəyik. Onlar Şəhidliyi və qaziliyilə bu millətin ruhunu yenidən özünə qaytaran qəhrəmanlarımızdır” - deyərək bizdən ayrılır.

             “Northwest  Construction”MMC şirkəti Laçın yollarını abadlaşdırır

“Northwest Construction” MMC  şirkəti Laçın ərazisində  600 km uzunluğunda hərbi təyinatlı və digər yolların genişləndirilməsi, yenidən qurulması və s. işlərinin öhdəsindən uğurla gəlir. Bu şirkətin Laçın rayonu üzrə tikinti rəhbəri Mamedov Emin Valeh oğludur. Əslən Gədəbəyin Miskinli kəndindəndir. Dağların təmiz havası və saf suyu, şəcərədən gələn vətənpərvərlik onu elə yetişdirib ki, o, insanlığın canlı bir nümunəsidir. Mədəniyyət, əxlaq, nizam-intizam, bütün bu kriteriyalar Emin müəllimin şəxsiyyətində cəmləşib.
Bu şirkət Laçın-Minkənd yolu istiqaməti üzrə yol üzərində sıldırım və sərt qayaları yarıb dağıdaraq geniş yol çəkib. Sözügedən şirkət yolların genişləndirilməsi, gediş-gəlişin və rahatlığın təmin olunması kimi məsuliyyətli işin öhdəsindən uğurla gəlir.  Qeyd edək ki, yol tikintisi bütövlükdə Laçın rayonu üzrə həyata keçirilir. Şirkətdə hər növ nəqliyyat vasitəsi möcuddur. Nəqliyyatın hamısı işə hazırlıq vəziyyətində saxlanılır. Emin müəllimi yerində tapmaq çətin olur, çünki sahələrdə iş başındadır. Bəxtimizdən onu yerində tapa bildik. Bizi səmimi və mehriban qarşılayan Emin müəllim səbrlə dinləyib dəstəyini əsirgəmədi...
Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsində göstərdiyi texniki dəstəyə görə təşəkkürümüzü bildiririk.


******

Minkənd qəbirstanlığının girişində ŞƏHİDLƏRİMİZİN xatirəsini əbədiləşdirən abidə-19 ŞƏHİD, 19 QƏHRƏMAN

Minkənd Laçın rayonunun ən böyük və qədim kəndidir. Laçın rayonu üzrə ilk dəfə 1890-cı ildə Rus-Tatar-Azərbaycan məktəbi tikilib. Böyük ziyalılar yetişdirən bu məktəbin yetirmələri dövlətimizin inkişafına xüsusi tövhələr veriblər.  Birinci Qarabağ savaşında 45 nəfər könüllü olaraq müharibədə iştirak edib, 19 nəfər şəhid verib.
44 günlük Vətən  Müharibəsində  42 nəfər bu və ya digər formada döyüşdə iştirak edib, 32 nəfər Cənab Prezidentin fərmanı ilə medallarla təltif edilib. Bir nəfər Qazidir….
........

Воспроизвести
00:00
00:00
Выключить звук
Настройки
На полный экран

Воспроизвести

İşimiz başladı, hər kəs üzərinə düşən nə varsa, onu cani-könüldən həyata keçirir. Beton tökən, qaynaq edən, texnika ilə yeri hamarlayan, bayraq düzəldən, su gətirən, ümumilikdə hamı dayanmadan çalışırdı. Nəhayət Abidəni ucaldırıq….

                   Dağılmış qəbirləri görmək çox ağır idi

Nənəm Münəvvərin eləcə də orada bir neçə qəbirin ermənilər tərəfindən dağıldığının şahidi olduq. Bu erməni xisləti, vandallığı idi. Mərmər daşların bəzilərinin baş hissəsini, bəzilərini kökündən sındırmışdılar.
Воспроизвести
00:00
00:00
Выключить звук
Настройки
На полный экран

Воспроизвести

 Bir çoxunun isə sinə daşlarını dağıdıb vəhşicəsinə hər tərəfə səpələmişdilər. Dəmir hasar, cağlar nə var idisə hamısını sökmüşdülər. Əlimə fürsət düşmüşkən nənəmin qəbirinin dağılmış hissəsini qismən də olsa bərpa edə bildim…

 

Viran qalmış kəndim, səmasında dolaşan əzizlərimizin ruhları və xarabalıqda xatırladığım acı da olsa şirin xatirələr

Viran qalmış kəndin girişindəki təpəciyin başına qalxırıq. İlham Heydərovla telefon əlaqəsi yaradıb, kəndi seyr edirəm. Kəndin bir hissəsini buradan görmək olur. Oxuduğum məktəb, Şahmar müəllimin bizi maarifləndirən nəsihətləri, Aydın müəllimin şirin söhbətləri, Hava müəllimənin səhnələşdirdiyi  “Qacarı”, Şəhid İsa müəllimin, Əkbər müəllimin, Əsəd müəllimin, Qara müəllimin, Əli müəllimin, Bakir müəllimin söhbətləri lent kimi bir anlıq xəyallarımda canlanırdı. Maarif və Varaşil müəllimi xüsusilə xatırlayıram…
Воспроизвести
00:00
00:00
Выключить звук
Настройки
На полный экран

Воспроизвести

Atam Əyyub müəllimin qurub yaratdığı evi viran görüb daha da məyus oluram. Məhləni, bulaqları, dağları, çayı gördükcə hər şeyi yavaş-yavaş xatırlayır, bölüşəcəyin adamların həyatda olmadığını yada salanda bərbad və paramparça olursan.
Bax budur, 31 il xəyallarımızın, evlərimizin, gəncliyimizin dağıldığı yer. İndi Kamran müəllimin yoğun və xırıltılı səsi, Qədir müəllimin aramla söylədiyi şeiri, xeyriyyəçi Nəcəfov Ramizin çəkdirdiyi suyu və digərlərini xatırladıqca insan çox sarsılır.
Kulubun yanındakı düküna yaxınlaşırıq. Məhiyəddin müəllimin oğlu Rövşən bizi görür və yaxınlaşır. Gəlişimizdən xəbərdar olduğunu deyir. Çox səmimi və vətənpərvər adamdır. Bizə çay, su və evdə bişən şirniyyat verir…
Akif müəllimin, İbadullah Əliyevin necə təəssübkeş və vətənpərvər bir adam olduğunu yada salırıq. Səfərov Umbayın evi görünür. Dağılmış kulub…
Yusifof  Kərim kişini çox yaxşı xatırlayıram. Oğlu Vaqiflə hələ illər öncə, pioner olanda, seçki ərəfəsində rəhmətlik Ramazan müəllimin gölə necə batması və əlləri qanlı-qanlı səs verməsindən danışıb, sonra bazar yeri ilə yolumuza davam edirik. Poçt olan yerə çatırıq. Səfərov Abdullanı, rəhmətlik İbad kişini, Haqverdi kişini xatırlayırıq. Evimizə yaxınlaşıram…
Bir vaxtlar bu evdə 8 uşaq dünyaya gəlmişdi. Evin qabağındakı divarda birinci mənim, onun altında isə qazi qardaşım mərhum Elnur Mehdiyevin adını görürəm və onu necə yazdığımızı xatırlayanda həyat mənim üçün sanki dayanırdı. İndi nə atam var, nə də anam. Usta Bəylərin  evimizi necə inşa etdiyini göz önünə gətirirəm. Yerə çökür, haray çəkir, için-için hıçqırırdım…
Allah ölənlərə rəhmət eləsin!
Gəlirik “Fatiq” bulağına, Cümşüdov Nadirin, Qafarov Məhəmmədin, Cümşüdov Məhəmmədəlinin, Nəcəfov Baxşeyişin, Əmir müəllimin və neçə-neçə adlarını çəkmədiyim  kişilərin necə bir kişi olduqları barədə danışırıq.
 Allah məkanlarını cənnət eləsin!
Nəhayət  “Daş” körpüdən keçib gedirik Abadxeyirə. Əhliman kişinin kahalarının yanından ötüb yaxınlaşırıq Nəcəfov Vaqifin kahalarına. İndi bu sadaladıqlarımdan yalnız sular və dağlar var. Bir də onlardan qalan xatirələr.
Allah o dünyalarını versin!
Keçirik  “İsti suya”. Bu barədə geniş yazı olacaq….
Amma ürəyimdə bir acı sevinc də var, bu vətənə qayıdışdır.
 Biz qayıtmışdıq.
Biz vətəndəyik!
Qarabağ Azərbaycandır!

Subut Mehdiyev



шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024