Cəmiyyət (28-11-2023, 18:08)
Səfirliklər Azərbaycanda pul paylayıb: “ABŞ səfirliyi hətta nağd verir” - İTTİHAM VAR...
ABŞ, Almaniya və Fransanın Azərbaycandakı səfirlikləri “AbzasMedia”nın qanunsuz maliyyələşdirilməsində iştirak edib.
Bununla bağlı noyabrın 28-də ABŞ-nin və Almaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkilləri, habelə Fransanın fövqəladə və səlahiyyətli səfiri ayrı-ayrılıqda Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Görüşlərdə bu ölkələrdə qeydiyyatda olan təşkilatların iştirakı ilə “AbzasMedia” xəbər portalının qeyri-qanuni maliyyə əməliyyatları həyata keçirdiyi, eləcə də sözügedən ölkələrin səfirliklərinin də bu fəaliyyətə cəlb olunduğu diqqətə çatdırılıb və bu fəaliyyətə ciddi etiraz bildirilib.
ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin, “FreedomNow”, “New Democracy Fund” və digər təşkilatların qrant verilməsi qaydalarını pozaraq maliyyə resurslarının Azərbaycan ərazisinə qanunsuz yolla transferini həyata keçirdikləri, “AbzasMedia”nın fəaliyyətinə qanundankənar töhfələr verdikləri qeyd olunub. Qrant fəaliyyəti və qrant müqavilələri haqqında Azərbaycan Respublikasının qanunvericiliyə əsasən, qrant müqavilələrinin müvafiq prosedura uyğun olaraq dövlət qeydiyyatına alınmasının tələb olunduğu, qeydiyyatı həyata keçirilməyən layihələrə maliyyə ayrılmasının ölkə qanunvericiliyinin ciddi pozuntusu olduğu vurğulanıb.
Hüquq müdafiəçisi Sahib Məmmədov Cebhe.info-ya açıqlamasında bildirib ki, Azərbaycandakı bəzi ölkələrin səfirlikləri qrantların verilməsi zamanı Azərbaycan qanunvericiliyinə əməl etmir. Ona görə də Azərbaycan belə halların qarşısını almaq üçün səfirliklərdən qrantların ödənilməsi prosedurlarında şəffaflığa əməl olunmasını tələb etmək hüququ var:
“Bəzi səfirliklər Azərbaycan qanunvericiliyə uyğun olmayan maliyyələşmə prosesi həyata keçirir. Məsələn, ABŞ səfirliyi nağd şəkildə qrantlar verir və bu, heç yerdə qeydə alınmır. Təbii ki, Vyana Konvensiyasına görə, diplomatik ofislərin immuniteti var. Amma səfirliklər fəaliyyət göstərdikləri ölkələrin qanunlarına əməl etməlidir.
Yəni diplomatik təmsilçiliklər istənilən qurumlara, şəxslərə qanundankənar yollarla üçüncü şəxslərə qrantlar verə bilməz. Görünür, bununla bağlı dövlətdə dəqiq məlumatlar var. Ona görə də diplomatlara xəbərdarlıq edilməsi normal haldır. Hətta beynəlxalq təcrübədə belə hallar baş verdikdə daha sərt tədbirlər görülür və bəzən diplomatlar “persona non-qrata” elan edilir”.
Sahib Məmmədovun sözlərinə görə, səfirliklər qanunsuz olaraq qrant kimi ayrılan vəsaitlərin ödənilməsini nağd şəkildə həyata keçirildiyindən maliyyə hesabatlılığı da olmur:
“Hesabatlılıq olmadığına görə bu barədə dövlətin maliyyə-bank, vergi sistemində heç bir məlumata rast gəlinmir. Halbuki qrant müqavilə əsasında verilməlidir. Ona görə də dövlətin diplomatik ofislərə etiraz etmək hüququ var. Qrantlar bank hesabına köçürülməlidir. Bu zaman onu alan tərəfin maliyyə öhdəlikləri yaranır.
Ümumiyyətlə, hesabatlılıqdan yayınmaq, nağd ödənişlər etmək Azərbaycan qanunvericiliyi ilə yanaşı, beynəlxalq maliyyə-monitorinq sisteminin də prinsiplərinə ziddir. Onu da deyim ki, səfirliklərin qrant vermək hüququ yoxdur. Onlar fəaliyyət göstərdikləri ölkənin ərazisində filial və nümayəndəlikləri qeydiyyatdan keçirməlidir. Qrant ödənişlərini onların vasitəsilə edə bilərlər”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024