Cəmiyyət (20-11-2023, 15:18)
Nəsiminin "Erməni" rədifli şeiri olub? - Şıxıyevanın şərhi
Nəsimi İslami Şərq şeirinin geniş yayılmış, çox zaman məcazlaşmış, mücərrədləşmiş, bəzən də real surətlərindən biri olan tərsa surətinə, erməni etnoniminə maraq göstərməyib. Adına çıxılan "Erməni" rədifli şeirdən başqa heç bir əsərində bu etnonimi xatırlatma yer almır.
Teleqraf.com xəbər verir ki, bu sözləri AMEA Şərqşünaslıq İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyeva Nəsiminin "Erməni" rədifli şeiri olubmu?" sualı ətrafında açılan müzakirələrə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, tanınmış nəsimişünas alim, rəhmətlik professor Hüseyn Ayan Nəsiminin elmi-tənqidi mətnini doktorluq işi kimi hazırlayarkən belə bir cəhət diqqətini çəkir ki, "Erməni" rədifli şeir şairin qədim və mötəbər əlyazmalarında yer almır: "Orta əsrlərdə sevilən övliya şairlərin və ya sadəcə məşhur şairlərin adından şeir söylənilməsi nadir ədəbi təzahürlərdən deyil. Yunus Əmrə, Şah İsmayıl Xətai, Pir Sultan Abdal kimi Nəsiminin adından da çoxsaylı şeirlər söylənib. Bunların bir qismi həmin şəxslərə sevgiylə götürülən təxəllüs eyniyyətindən, digər bir qismi isə katib xətasının qaynaqlanır. "Ağrımaz", "Minnət eyləməm", "Mən müsəlman olmanam" kimi "Erməni" rədifli şeirin də Seyid İmadəddin Nəsimiyə aidiyyəti yoxdur. Dil-üslub və düşüncə fərqliliyi bu qənatimin əsas təsdiqləyiciləridir".
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024