Cəmiyyət (4-11-2023, 12:17)
BÖYÜK QAYIDIŞ BİZNESİ... - BU NƏDİ BELƏ?!
"Vətən ancaq üzərində gəzdiyimiz, yaşadığımız torpaq parçası deyil. Vətən uğrunda nə qədər qurbanlar verilib. Özünün bayrağı, müstəqilliyi, suverenliyi, milli dövlət himni, sərhədləri olan torpağa Vətən deyilir. Vətən azadlıqdır". DİA.AZ bildirir ki, bunu özz məqaləsində əslən Laçından olan jurnalst Yusif Şamiloğlu bildirib.
Jurnalist daha sonra yazır: "Torpağın Vətən olması üçün düşmənlərlə mübarizə aparmaq, onun üzərində zəfər qazanmaq lazımdır. Vətən xalqın qorunması vacib müqəddəs dəyərlərindən biridir. Xalq yalnız öz Vətənini qorumaqla gələcəyinə təminat verə bilər. Vətənə olan sevgimiz bizi ucaldır. Vətənin müdafiəsi bizim üçün inanc, iman olmalıdır. Uğrunda minlərlə şəhid verdiyimiz bu torpağın mənəvi dəyəri çox yüksəkdir.
Bugün Laçınımız bir qrup yaltaqın yalağın haq bilməzin, özlərindən başqa heç kimi düşünməyən, "vətən" "dövlət" "xalq" deyənlərin cəngindədir. Bərpa və yenidənqurma, abadlıq işləri altından milyonlarla pul vəsaitləri göyə sovrulur. Tikilən evlərin çoxundan rayon sakinləri narazıçılıq edir. Evlər keyfiyyət baxımından çox aşağı səviyyədə tikilib bərpa edilib. Keyfiyyətli və komfortlu evlərdə tikilib. Laçında qiymətlər od tutub yanır. Bahalıq pik həddədir. Ora köçürülən rayon sakinlərinin çoxu hal-hazırda işsizlikdən əziyyət çəkir.
Haqqı demək haqqı müdaifə etmək lazımdır. Laçın kiminsə şəxsi mülkü deyil ki, monopoliya edib özəlləşdirsin.
Ali Baş Komandan Cənab Prezident İlham Əliyevin göstərişləri nöqtə vergülünə kimi icra olunmalı idi. Təəssüf ki, Cənab Prezidentin etimad edib nümayəndə təyin etdiyi hörmətli Məsim Məmmədov Laçında baş verən özbaşınalıqlarla göz yumur. Mənim tanıdığım onlarla şəxslər var ki, evləri tikilməyib. Ata yurdumuz bərpa olunub tikilmək əvəzinə hələ evə gedən yolu kəsib başqasının həyətini genişləndiriblər. Bütün bunların məsuliyyətini kim daşıyır?! Laçında tikilib "hazır" olan biabırçı nöqsanlara görə sökülən evlərin məsuliyyətini kimlər daşıyır? Cənab Prezident İlham Əliyevin müharibə bitər- bitməz abadlıq və quruculuq işlərinin başlamasına göstəriş verib ayırdığı pulları nəyə görə göyə sovururlar?!
Maraqlı mənzərə ortaya çıxıb. Laçınlılar bir neçə qrupa bölünüb. Əsas iki qrupu qeyd edəcəm. Laçında baş verən haqsızlıqla bağlı etiraz edənlər, və Laçında baş verən haqsızlıqları malalayanlar.
Bəylər və xanımlar haqqı demək vətənini, dövlətini sevməmək deyil. Əksinə sevib can yandırmaq deməkdir. Biz dövlətimizi, vətənimizi sevirik. Dövlətimizin malını mülkünü talan edənlərə qarşı mübarizə aparırıq. Bununla bağlı Cənab Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, harada haqsızlıq, məmur özbaşınalığı gördünüz yazın şikayət edin. Əminəm ki, Laçında baş verən neqativ halların qarşısı alınacaq. Xoşbəxt firəvan şəkildə bütün laçınlılar doğma Laçında yaşayıb yaradacaqlar".
Məqalədə iddia olunanlarla bağlı əlaqədar qurum və şəxsləri dinləməyə hazırıq...

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024