Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (29-08-2023, 09:02)
Lentsov Azərbaycanı tərk etdi: səbəb… - Markov

 Sülhməramlıların rəhbərliyinin tez-tez dəyişməsi onların hərbi-texniki heyət olaraq qalması və siyasi fiqura çevirilməməsi üçün edilir. Yəni məsələlərdən uzaq olmalıdırlar.
Bu sözləri Axar.az-a rusiyalı politoloq Sergey Markov Qarabağda müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələrinin komandanlığının dəyişəcəyi ilə bağlı yayılan məlumatı şərh edərkən deyib.
O, sülhməramlı qüvvələrin rəhbərliyinin tez-tez dəyişdirilməsini adi yerdəyişmə adlandırıb:
“Bu XİN-in əməkdaşlarının işinə bənzəyir. Bütün dünyada elə edirlər. Məntiqlə götürsək, bu cür olmalıdır: XİN-in əməkdaşı Fransa ilə məşğul olursa, qoy elə Fransa elə məşğul olsun. Lakin belə deyil, onları tez-tez dəyişirlər. O, təkcə bir ölkə ilə məşğul olmamalıdır. Bu ölkənin təsiri altına düşməsin və onun çoxlu əlaqələri yaranmasın deyə, yerdəyişmə edilir. Bu prinsiplə zabit və serjant korpusunda da dəyişiklik olmalıdır. Lakin bu, çox baha başa gəlir”.
Markov Gümrüdən gələn sülhməramlıların heyətində də dəyişiklik edilməsi gərəkdiyini bildirib:
“Orada ən böyük problemlərdən biri də kifayət qədər rotasiya olunmamasıdır. Rotasiya Ermənistandakı Gümrü bazasının heyəti ilə olunur. Gümrüdəki əsgərlərin çoxunun ermənilərlə əlaqələri var. Kimsə özü ermənidir, kiminsə həyat yoldaşı, dostu erməni millətindəndir. Bu isə onların neytral olmasına mane olur. Ona görə də Gümrü bazasından olan sülhməramlıları Mərkəzi Rusiyadan olan sülhməramlılarla əvəz etmək lazımdır”.
Politoloq Turab Rzayev isə yeni komandan haqqında heç nə deyilməməsinin bəzi suallar yaratdığını bildirib:
“Bu, bizə bəzi ipucları verə bilər. Ola bilsin, yeni komandan Ukrayna cəbhəsində də olub, Priqojinin üsyanını dəstəkləyən və üsyançı hərbiçilərin tərəfdarıdır və ya onların içərisindədir. Yeni komandan haqqında ətraflı məlumat verilməməsi bəzi suallar yaradıb. Biz Priqojinin üsyanından sonra Putinə qarşı çıxan üsyançıların aradan götürülməsini gördük. Həbs olunur, yaxud da uzaqlaşdırılırlar. Ola bilsin, sülhməramlıların komandanının səssiz gedişi bununla bağlıdır. Təbii ki, bu, bir ehtimaldır. Onların rəhbərinin kim olması bizim üçün önəm daşımır. Çünki həmin şəxslərin hər hansı müstəsna səlahiyyəti yoxdur. Onsuz da çoxu ora Ukrayna müharibəsindən qaçıb, rahat həyat yaşamağa gəlib. Kremldən gələn əmrləri icra edirlər. Bizə də rəsmi Moskvanın verdiyi vədləri yerinə yetirməsi lazımdır”.
Qeyd edək ki, Qarabağdakı Rusiya sülhməramlı kontingentinə general-mayor Kirill Denisoviç Kulakovun komandan təyin ediləcəyi iddia edilib. Bildirilir ki, hazırkı komandan Aleksandr Lentsov artıq Azərbaycanı tərk edib.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024