Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (17-08-2023, 20:55)
Həbs olunan Ramin İsayevin şantaj əməlləri...-DE-FAKTO

 Bu yaxınlarda həbs olunan Ramin İsayevin şantaj əməlləri barədə
 Hazırda həbsdə olan, özünü “bacarıqlı iş adamı” kimi qələmə verən Ramin İsayev əslində problemli bir insan kimi tanınır. Haqqında yayılan məlumatlar da göstərir ki, onun əvvəllər də iş yerlərində problemləri olub. Məsələn, Ramin İsayevin əvvəllər çalışdığı iş yerlərindən biri KCA Deutag şirkəti olub. O, bu şirkətdə region üzrə biznesin inkişafı meneceri vəzifəsini icra edib. Lakin bu vəzifədə ona həvalə edilən tapşırıqları da yerinə yetirə bilməyib. Nəticədə KCA Deutag rəhbərliyi onunla əmək müqaviləsini uzatmamaq qərarına gəlib. Bunu bilən Ramin İsayev KCA Deutag rəhbərliyini təhdid etməyə və hədə qorxu gəlməyə başlayıb. O, Böyük Britaniya və ABŞ səfirlərinə müxtəlif məktublar göndərib və KCA Deutag şirkətinin Azərbaycandakı rəhbərliyini şərləməyə çalışıb. Hətta şirkətin Azərbaycandakı rəhbərini fiziki güc tətbiq edəcəyi ilə də hədələyib. Sonuncu bu barədə Böyük Britaniya səfirliyinin təhlükəsizlik menecerinə müraciət etmək məcburiyyətində qalıb.
Nəticədə KCA Deutag rəhbərliyi vəkil vasitəsi ilə Ramin İsayevə bildirib ki, onun əmək müqaviləsinin müddəti bitənə qədər işə gəlməsinə ehtiyac yoxdur və müqavilənin müddəti bitdikdən sonra onun əmək müqaviləsinə rəsmi xitam veriləcək.
Bütün bu faktlar Ramin İsayevin necə problemli insan olduğunu bir daha əyani şəkildə ortaya qoyur.
Xatırladaq ki, Ramin İsayev bir müddət öncə həbs olunub. Onun barəsində Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda) maddəsi ilə cinayət işi başlanılıb. Ramin İsayev 16 milyon manat mənimsəmədə ittiham edilir.
Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində istintaq müddəti üçün 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Ramin İsayevin əsas ittihamı vaxtilə “Baghlan Group” xətti ilə “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən götürülən kreditin mənimsənilməsi ilə əlaqədardır.(xalq.az)
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024