Cəmiyyət (21-06-2023, 13:54)
Deputat: “Gədəbəydə etirazçılar hüquqi müstəvidə məsuliyyət daşımalıdırlar, Azərbaycan polisini ləkələmək qəbuledilməzdir”
“Daxili İşlər Nazirliyinin yaydığı rəsmi məlumatda qeyd olunur ki, Gədəbəyin Söyüdlü kəndində süni gölün tikintisi prosesində bir qrup kənd sakini ilə polis arasında insident yaşanıb. İnsident zamanı bir qrup kənd sakini süni gölün tikintisində işləyən fəhlələrə daş atıb, onlara qarşı küt alətlərdən istifadə edib, polisə müqavimət göstərib. Son yayılan kadrlardan məlum oldu ki, polisə qarşı daş atılması, polisin təhqir edilməsi faktları qeydə alınıb. Sosial şəbəkələrdə isə ən çox göstərilən, müzakirə olunan məsələ orada polisin qadınlardan birinə gözyaşardıcı qaz istifadə etməsi ilə bağlı görüntüdür. Bu məsələ ilə əlaqədar DİN-nin əməkdaşları hadisə yerinə gedib, xidməti yoxlama aparırlar. Ən çox sual, narahatlıq doğuran məqam budur ki, əslində nə baş verib, səbəblər, motivlər nə ilə bağlıdır? DİN-nin yaydığı məlumatda da göstərilir ki, süni gölün tikintisi qanuni prosesdir, tikinti sənədlər, qanun əsasında həyata keçirilir. Polis prosesə qeyri-qanuni müdaxilənin dayandırılması ilə bağlı dəfələrlə xəbərdarlıq edib, amma bir qrup şəxs xəbərdarlığa qətiyyən qulaq asmaq istəməyib və belə bir insidentin yaşanması üçün süni şəkildə münbit şərait yaradıb”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Elman Nəsirov deyib.
Deputat bildirib ki, diqqətdən yayınmayan digər məqam da var: “Etirazçıların tərkibində mütləq əksəriyyət qadınlardır, üstəlik yaşlı qadınlar... Bu da suallar doğurur. Sanki hadisələrin başqa bir ssenari üzrə planlaşdırıldığı diqqətdən yayınmır. Görünür, kimlər üçün isə indiki reallıqda belə insidentlərin törədilməsi olduqca vacibdir. “Bulanıq suda balıq tutmaq” istəyirlər. Bunu edənlər xüsusilə fərqindədirlər ki, Gədəbəy tez-tez Ermənistan Silahlı Qüvvələrinin atəş nöqtələrindən birinə tuş gəlir. Bu reallıqda belə addımların atılması, heç şübhəsiz ki, uzağagedən müəyyən siyasi məna da kəsb edir. Əsas budur ki, hazırda sosial şəbəkənin “qəhrəmanları" heç bir halda diqqəti polisin qeyri-qanuni aksiyada davranışının digər qanuni elementlərinə yox, məhz bir epizoda cəlb edirlər. Etirazçıların qanuna tabe olmamaları, fəhlələrə, polisə daş atmaları, onları təhqir etmələri, polisə müqavimət göstərmələri, qeyri-qanuni davranış ortaya qoymaları kimi faktları isə sükutla qarşılayırlar. Yalnız və yalnız gözyaşardıcı qazla bağlı bir epizodu qabardırlar. Bu da araşdırılacaq, fakt təsdiqini tapacağı təqdirdə həmin polis nəfəri, şübhəsiz ki, cəzalandırılacaq”.
E.Nəsirov hesab edir ki, bu, Azərbaycan polisinə qarşı növbəti ləkələmə, qarayaxma kampaniyasıdır: “Azərbaycan hüquqi dövlətdir, hüquqi dövlətdə bütün məsələlər hüquqi müstəvidə tənzimlənməli, həllini tapmalıdır. Amma əzələ nümayişi, polisi təhqir, ona müqavimət, polisin irad və xəbərdarlıqlarına məhəl qoymamaq, fəhlələrə qarşı zor tətbiq etmək hüquqi dövlətin qanunlarına, prinsiplərinə daban-dabana ziddir. Buna görə də aksiyanın iştirakçıları, təbii ki, hüquqi müstəvidə məsuliyyət daşımalıdırlar. Azərbaycan polisini ləkələmək, gözdən salmaq, Azərbaycanın, eyni zamanda beynəlxalq ictimai fikirdə polisin mənfi obrazını formalaşdırmaq qəbuledilməzdir. Azərbaycan polisi bu gün bizi qoruyur. Şərəflə, ləyaqətlə öz missiyasını həyata keçirir. Çox ağır pandemiya dövrümüzün iki qəhrəmanı var idi, biri elə məhz polislərimiz idi. Gərək, bunu heç vaxt yaddan çıxarmayaq”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024