Cəmiyyət / Slayd (21-06-2023, 13:22)
Azərbaycan quru sərhədlərini açır? - Gələn həftə...
Azərbaycanda koronavirus pandemiyası ilə bağlı 2020-ci ilin martından xüsusi karantin rejimi tətbiq edilir.
Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə ölkədə COVID-19 pandemiyası ilə bağlı karantin rejimi iyulun 1-də bitir.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib ki, karantin rejiminin ləğv edilməsi Nazirlər Kabinetinin qərarından aslıdır.
“Nazirlər Kabineti qərar qəbul etdikdə ölkəmizdə də karantin rejimi olmayacaq. Koronavirusa yoluxan xəstə sayı az olsa da, yoluxma halları davam edir”, - deyə Vüqar Qurbanov bildirib.
Azərbaycan dünyada COVID-19 pandemiyası ilə əlaqədar xüsusi karantin rejimini saxlayan yeganə ölkələrdən biridir.
Düzdür, ölkədə karantin rejimində bəzi məhdudiyyətlər aradan qaldırılsa da, xüsusi rejimin tətbiqi hələ də saxlanılır. Ölkədə qalan yeganə karantin qadağası isə quru sərhədləri ilə bağlıdır.
Azərbaycanda xüsusi karantin rejimi ilə əlaqədar olaraq ölkənin quru sərhədləri 2020-ci ilin martından bəri qapalıdır.
Yəni, 3 ildən çox müddət keçməsinə baxmayaraq, quru sərhədləri bağlı saxlanılır. Məsələ ilə bağlı dəfələrlə müzakirələr açılsa da, hələlik sərhədlərin tam açılması ilə bağlı yekun nəticəyə varılmayıb.
Son günlərdə isə yalnız Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin Naxçıvan vasitəsilə ölkəyə gələməsinə izin verilib, lakin bunun nə zamana qədər davam edəcəyi açıqlanmayıb. Qeyd edək ki, indiyədək müxtəlif zamanlarda Naxçıvan yolu ilə azərbaycanlı tələbələrin ölkəyə girişinə icazə verilib.
Yaxın zamanlara qədər qalan digər karantin qaydası isə COVID-19 pasportu ilə bağlı olub.
Lakin Nazirlər Kabinetinin qərarına əsasən, martın 28-dən Azərbaycana təyyarə ilə gələnlərdən COVID-19 pasportu tələb olunmur. Həmçinin, iri ticarət mərkəzləri, mehmanxana və şadlıq saraylarına girişdə də COVID-19 pasportu tələbi ləğv edilib.
Qeyd edək ki, pandemiyanın ilk günlərindən yoluxma sayının azalıb artmasından asılı olaraq, ölkəmizdə rejim gah sərtləşdirilib, gah da qadağalarda yumşaldılmalara gedilib.
Lakin artıq ölkəmizdə yoluxma sayı da yox səviyyəsindədir.
Xatırlatma üçün bildirək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son gün ərzində infeksiyaya 6 yeni yoluxma faktı qeydə alınıb. COVID-19-a yoluxan 1 nəfər sağalıb, 1 nəfər isə dünyasını dəyişib.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024