Cəmiyyət / Slayd (26-04-2023, 14:11)
Ərdoğanın son durumu açıqlandı
Dünən canlı yayım zamanı halı pisləşən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səhhəti ilə bağlı son vəziyyət açıqlanıb.
Mediatv.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədrinin birinci müavini Numan Kurtulmuş açıqlama verib.Onun sözlərinə görə, Ərdoğanın səhhəti yaxşıdır: “Bunların hamısı bu gün geridə qaldı. Prezidentimiz kifayət qədər sağlamdır. Öz günlük proqramına davam edəcək”.
Ərdoğan da, öz növbəsində tviter hesabında səhhəti ilə bağlı paylaşım edib. Türkiyə lideri həkimlərin tövsiyəsinə uyğun olaraq bu gün istirahət edəcəyini bildirib.
Xatırladaq ki, R. T. Ərdoğan aprelin 25-i yerli mediaya müsahibə verərkən özünü pis hiss edib və buna görə canlı yayım qısa müddətlik dayandırılıb. O, daha sonra bir qədər soyuqladığını və mədəsinin ağrıdığını açıqlayıb.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024