Mediatv.az xəbər verir ki, sosial şəbəkələrdə Xətai rayon icra hakimiyyətinin başçısı Rafiq Quliyevin Xətai rayonu ərazisində olan əmlakların siyahısı paylaşılıb.
Rafiq Quliyevin sözügedən əmlakların siyahısını təqdim edirik:
1. Zığ yolu 5A ünvanında yerləşən “Bazarstore” mağazalar şəbəkəsinə icarəyə verilən obyekt(köhnə Ülvi market)
2. Zığ yolu 1 ünvanında yerləşən “Al market” mağazalar şəbəkəsinə icarəyə verilən obyekt(köhnə Ülvi market)
3. Zığ yolu 51 ünvanında yerləşən “Baku oil” yanacaqdoldurma məntəqəsi(keçmiş hakim petrol)
4. 116 saylı tam orta məktəbin yanında yerləşən 3 mərtəbə villa.
Qeyd edək ki, icra başçısının daşınmaz əmlakın ümumi dəyəri 2.5-3 milyon AZN təşkil edir.
Xatırladaq ki, Quluyev Rafiq Çəpərxan oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 noyabr 2019-cu il tarixli müvafiq Sərəncamı ilə Xətai rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.