Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (22-04-2024, 08:18)
Sumqayıt Evdə Fərdi Təhsil macəraları - Nazirin bunlardan xəbəri varmı?


2023-cü ilin aprel ayında Sumqayıt 21 saylı orta məktəbinin direktoru Vladim İbrahimovdan həddən artıq şikayətlər olduğuna görə Təhsil Nazirliyi onu tutduğu vəzifəsindən kənarlaşdırdı.Bir müddət keçəndən sonra, Sumqayıt-Abşeron-Xızı təhsil idarəsinin müdiri İlhamə Abdullayevanın səyi və təkidi ilə o, Sumqayıt Evdə fərdi təhsil məktəbinə direktor təyin edildi.
Həmən  gündən məktəb "sürgün həyatı" yaşamağa başladı. Guya məktəbin binası təmirə saxlandı,bu adla müəllimlərdən 100 manatdan pul da yığıldı. Ancaq məktəb təmir olunmadı.
Bu günlərdə Sumqayıt Evdə fərdi təhsil məktəbində baş verən  özbaşınalığlar barədə Mediatv.az saytının redaksiyasına  etibarlı mənbələrdən məlumatlar daxil olmağa davam edir.
Daxil olmuş məlumatlara görə 140 nəfərə yaxın əvəzçi müəllim məktəbə cəlb edilib,onlarln hər birindən hər saata görə 100 manat pul alınıb. Bu əvəzçilərin içərisində Vladim İbrahimovun bacısı 5 nömrəli məktəbin müəllimi Müşkünaz Məhəmməd qızı və onun gəlini də var.
Beləliklə 1800-dən artıq saat 100 manatdan satılıb.Bu isə 100 vakant yerin gizlədilməsi və 100 müəllimin iş tapa bilməməsi deməkdir.
Məktəbin öz müəllimlərindən diaqnostik qiymətləndirməyə düşən saatdan artığı üçün hər saat üçün 50-80 manat pul alınıb. Burda külli miqdarda pulunun yığımından  söhbət gedir(200 min və onun üzəri). Bu qədər pulu direktor kimlərinsə xəbəri olmadan mənimsəyə bilərmi?Sumqayıt-Abşeron-Xızı təhsil idarəsinin rəhbər şəxsləri bu məktəbdə gedən proseslərdən görəsən niyə xəbəri yoxdur,vardırsa qarşısını almaqda niyə acizlik göstərilir?
Bu  məktəbdə əvəzedici müəllimlərin məktəbə cəlbi il boyu davam edir.
21 saylı məktəbdən 30-a yaxın müəllim məktəbə cəlb edildiyi halda,həmin məktəbin ibtidai sinif müəllimi Sevinc Alıyevaya naməlum səbəblərdən məktəbdə dərs verilməyib.Xatırladaq ki, məktəb xüsusi təhsil müəssisəsi olduğu üçün müəllimlərin əmək haqqına 50 faiz əlavə də edilir, bu isə 36 saat dərsi olan 55-60 yaşlı 35-40 il stajı olan müəllimlərin ayda 1800-2000 manat maaş alması deməkdir. Ona görədə məktəblərdə olan evdə fərdi təhsil uşaqları süni surətdə bu məktəbə cəlb olunub və süni şəkildə uşaqların sayını artırırlar və çəkinmədən 1 saat dərs üçün Vladim İbrahimovun "çaldığı havanı oxuyurlar". Nəticə də belə olur ki, diaqnostik balı yuxarı olan müəllimlər kənarda qalır, balı aşağı olan 30-36 saat dərs saatına sahib olur.
Mediatv.az-a daxil olmuş başqa bir məlumatda bildirilir ki, hazırda V.İbrahimov müəllimlərə tarifləməni keçmələri üçün 100 manatdan şıdırğı pul yığır. Daha absurd məqam budur ki, V.İbrahimov 2 xadimə və 1 nəfər gözətçi işə götürüb. Axı Evdə Təhsil məktəbinin məskunlaşdığı 20 saylı məktəbin özünün də xadiməsi və gözətçisi varsa, Vladimə əlavə ştat nəyə görə lazımdır?

шаблоны для dle 11.2

Xəbər lenti
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024