Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (21-05-2019, 19:17)
BSU-da "Azərbaycanda dini tolerantlıq mədəniyyəti: tarix və müasirlik" mövzusunda mühazirə olub

Bakı Slavyan Universitetinin (BSU) Azərbaycan multikulturalizmi və ölkəşünaslıq kafedrasının təşkilatçılığı ilə AMEA-nın Fəlsəfə İnstitutunun Davamlı inkişafın fəlsəfəsi şöbəsinin müdiri, professor Sakit Hüseynov Tərcümə fakültəsinin tələbələrinə mühazirə oxuyub. Kafedranın müəllimi Nərmin Elyasovanın dərsində "Azərbaycanda dini tolerantlıq mədəniyyəti: tarix və müasirlik" mövzusunda keçirilən mühazirədə professor Sakit Hüseynov tolerantlıq ideyası, tolerantlığın fəlsəfəsi, Azərbaycan xalqının tolerantlıq ənənələri barədə tələbələrə geniş məlumat verib. Natiq çıxışında ölkəmizdə dini tolerantlıq mədəniyyətinin yüksəldilməsində Ulu Öndər Heydər Əliyevin rolunu, onun layiqli davamçısı Prezident İlham Əliyevin bu sahədə fəaliyyətini ətraflı şərh edib.
S.Hüseynov müəllifi olduğu "Azərbaycanda dini tolerantlıq mədəniyyəti: tarix və müasirlik" adlı monoqrafiyasında yer alan Azərbaycanda tarixən dini tolerantlıq mədəniyyətinin formalaşması, islam dininin Qafqazda, o cümlədən Azərbaycanda yayılması, islam dininin özünün tarixən tolerant din olması barədə maraqlı faktlardan nümunələr gətirib.
Mühazirənin davamında tələbələri maraqlandıran suallar cavablandırılıb.
BSU-nun Mətbuat Xidməti
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 09 2022
26 09 2022
26 09 2022
26 09 2022
26 09 2022
26 09 2022
26 09 2022
26 09 2022
26 09 2022
26 09 2022
26 09 2022
26 09 2022
26 09 2022
26 09 2022
26 09 2022
26 09 2022
26 09 2022
26 09 2022
26 09 2022
26 09 2022
26 09 2022
26 09 2022
26 09 2022
26 09 2022
26 09 2022
26 09 2022
26 09 2022
25 09 2022
25 09 2022
25 09 2022