Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (14-09-2021, 15:07)
Qəbələdə istirahət mərkəzinin fəalliyəti dayandırıldı - VİDEO

 Qəbələ rayonu, Qəmərvan kəndi ərazisində yerləşən istirahət mərkəzində nöqsanlar aşkar edilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, aparılan plandankənar yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində insan həyat və sağlamlığına, ətraf mühitə, eləcə də dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaradan çoxsaylı nöqsanların mövcud olduğu aşkarlanıb.
Belə ki, obyektin istismarı Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb, odadavamlılığın artırılması üçün tikililərin taxta konstruksiyaları odadavamlı məhlulla hopdurulmayıb, tələb olunan sahələrdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu quraşdırılmayıb, obyekt normativ sənədlərin tələblərinə uyğun olaraq odsöndürənlərlə təchiz edilməyib, elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb.
Göstərilən nöqsanlar nəzərə alınmaqla, “Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu”nun 25-ci maddəsinin 9-cu bəndini, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu”nun 28-ci maddəsini və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti haqqında Əsasnamə”nin 9.7-ci bəndinin tələblərini rəhbər tutaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkar edilən Qəbələ rayonu, Qəmərvan kəndi ərazisində fəaliyyət göstərən istirahət mərkəzində işlərin görülməsinin və xidmətlərin göstərilməsinin dayandırılması barədə qərar qəbul edilib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
18 09 2021 23:12
18 09 2021 21:57
18 09 2021 21:12
18 09 2021 20:45
18 09 2021 20:27
18 09 2021 20:13
18 09 2021 20:01
18 09 2021 19:37
18 09 2021 19:25
18 09 2021 18:42
18 09 2021 18:10
18 09 2021 17:47
18 09 2021 17:25
18 09 2021 17:03
18 09 2021 16:23
18 09 2021 16:11
18 09 2021 15:57
18 09 2021 15:43
18 09 2021 15:28
18 09 2021 15:11
18 09 2021 14:57
18 09 2021 14:46
18 09 2021 14:28
18 09 2021 14:12
18 09 2021 13:47
18 09 2021 13:30
18 09 2021 13:12
18 09 2021 12:50
18 09 2021 12:40
18 09 2021 12:04

{sape_links}{sape_article}