Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (19-02-2021, 18:30)
Qoşqar Təhməzlidən bahalaşmaya “TÖHFƏ”: - Azərbaycanda ətin də qiyməti qalxdı

 Ölkədə yanacaq və suyun qiymətinin artırılmasından sonra yenidən vüsət alan bahalaşma getdikcə daha çox məhsulu əhatə edir.

"Mediatv.az" xəbər verir ki, rayonlar da daxil olmaqla, ölkə ərazisində ətin qiymətində 1,5-2 manat artım müşahidə olunur.

Əldə etdiyimiz məlumata görə, buna səbəb Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) verdiyi qərardır. Qeyd olunur ki, AQTA-nın tələbinə əsasən, qəssablar heyvanları yalnız Agentliyin yaratdığı xüsusi məntəqələrdə kəsə bilərlər.

Lakin bu zaman qəssablar hər kiloqram ətə görə 1 manat ödəməlidirlər. Yəni 200 kiloqramlıq heyvana görə qəssab Agemtliyə 200 manat pul ödəməlidir. Bu isə ölkə ərazisində ətin qiymətinin qeyd olunan həddə bahalaşmasına gətirib çıxarıb.

Maraqlıdır ki, ölkədə qida təhlükəsizliyinin təmin olunması istiqamətində heç bir təsirli addım atmayan AQTA-nın sədri Qoşqar Təhməzlinin adı daim müxtəlif qalmaqallarda hallanır. Onun qurduğu biznes imperiyası barəsində mətbuatda çox sayda materiallar dərc olunub.

AQTA rəhbərliyi isə bu tənqidlərdən heç bir nəticə çıxarmayaraq, ölkədə ət satışını da öz monopoliyasına götürmək üçün fürsət gözləyib. Görünür, bir sıra məhsulların bahalaşmasını xiffətlə müşahidə edən Qoşqar Təhməzli bu prosesdən kənarda qalmağı özünə rəva bilməyib.шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024