Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sağlamlıq (11-07-2015, 18:27)
ATU-da nadir və mürəkkəb şiş əməliyyatı keçirilib


Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının 
Ağız-üz və çənə cərrahiyyəsi şöbəsinin müdiri tibb elmləri namizədi, Dr. 
Məhəmməd Davudov növbəti uğurlu əməliyyatına imza atıb. Əməliyyat 
nəticəsində xəstə karotid xemodektomalardan azad edilib.
Əməliyyat haqqında məlumat verən Məhəmməd Davudov qeyd edib ki, karotid 
hemodektomalar (paraqanqliomalar) - karotid cismində yerləşən 
hemoreseptorlardan inkişaf edən şişlər olub, baş-boyun nahiyyəsinin 
nadir rast gəlinən mürəkkəb patologiyalarından biridir.
“Bu tip şişlərin nadir hallarda rast gəlinməsi və bu barədə məlumatın az 
olması 70% hallarda səhv kliniki diaqnozun qoyulmasına səbəb olur. Çox 
hallarda hemodektomalar boynun yan kistası, limfadenit və digər 
patologiyalarla səhv salınır”.
Mütəxəssis bildirib ki, hazırda karotid hemodektomaların müalicəsndə 
əsas müalicə metodu cərrahi metod hesab edilir. Lakin şişin daxili və 
xarici yuxu arteriyaları ilə sıx təmasda yerləşməsi, cərrahi müdaxilənin 
mürəkkəb və yüksək riskli olmasına səbəb olur. Şişin bəzi 
yerləşmələrində isə, daxili və xarici yuxu arteriyalarının hissəvi 
rezeksiyası və damar rekonstruktiv əməliyyatların aparılması lazım 
gəlir.
Beləliklə, anatomik yerləşmə variantlarının və topoqrafik 
xüsusiyyətlərinin müxtəlifliyinə, vahid cərrahi taktikanın mövcud 
olmamasına görə, bu tip patologiyalara yanaşma aktuallıq kəsb edir.
Qeyd edək ki, xəstə M. A. boynun sol tərəfində şişkinlik, baş ağrıları 
və baş gicəllənmə, udqunmanın və tənəffüsün çətinləşməsi şikayətləri ilə 
ATU-nun Tədris Cərrahiyyə Klinikasına müraciət edib. 35 yaşlı xəstədə 5 
il əvvəl boynun sol tərəfində kiçik ölçülü pulsasiya edən törəmə olub. 
Aparılan 3 D rekonstruksiyalı KT müayinəsi göstərib ki, şiş həm daxili 
həm də xarici yuxu arteriyasını əhatə edir.
M.Davudovun sözlərinə görə, xəstənin qardaşında da 5 il əvvəl eyni 
xəstəlik müşahidə olunub, lakin onda şişin ölçüsü daha böyük olub: 
“Xəstəmizin qardaşı xarici ölkə klinikasında əməliyyat olunub. Lakin o, 
əməliyyatın 3-cü günündə qanaxma və beyin qan dövranının kəskin 
çatışmazlığı səbəbindən dünyasını dəyişib. Bu da hemadektomaların irsi 
xəstəlik olmasına dair mülahizələri sübut edir. Belə hallara ümumiyyətlə 
dünya təcrübəsində az rast gəlinir. Bu ailə faciəsi xəstəmizi 5 il 
gözləməyə vadar edib. Nəticədə şiş böyüyərək böyük ölçülərə çatıb və 
xəstənin həyatına real təhlükə yaradıb. Biz klinikamızda xəstəni 
hərtərəfli müayinə etdik, 3D rekonstruksiyalı KT müayinəsi, kontrast KT 
müayinəsi apardıq və nəticədə cərrahi əməliyyata qərar verdik. 
Əməliyyatın uğurla icra olunduğunu demək lazımdır. Şiş toxuması tam 
şəkildə çıxarıldı. Xəstə 3 gün müddətində stasionar müalicədən sonra 
fəsadsız evə yazıldı”. M.Davudov qeyd edir ki, əməliyyatın uğurlu 
keçməsində əməliyyat blokunun və xüsusilə anestezioloji briqadanın 
yüksək fəaliyyəti danılmazdır.
 
 
 
 
 
 
 
 
шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024