Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (28-09-2021, 12:34)
NURA QƏRQ OLAN GƏNCƏ

 
Azərbaycan Prezidenti  İlham Əliyevin yürütdüyü düşünülmüş siyasət nəticəsində respublikamız beynəlxalq arenada öz mövqeyini daha da möhkəmləndirmiş, uzun illər həsrətində olduğumuz torpaqlar işğaldan azad olunmuş, Azərbaycanda uğurlu sosial və iqtisadi islahatlar aparılmışdır.            
        Azərbaycan iqtisadiyyatının dinamik inkişafı, regionlarda aparılan abadlıq-quruculuq işləri ölkə iqtisadiyyatının yüksəldilməsi ölkə başçısı İlham Əliyevin düşünülmüş, bariz siyasətinin nəticəsidir. Bu gün dövlət siyasətinin əsas prinsiplərindən biri – Azərbaycanın möhkəmlənməsi, güclü iqtisadi potensialın yaradılması və Azərbaycan xalqının təhlükəsiz şəraitdə, rifah içində yaşamasıdır. Bu məqsədlə yeni iqtisadi proqramlar qəbul edilir və bu proqramlar uğurla icra edilməkdədir.
        Yaşadığım Gəncə şəhərində gözlərimiz qarşısında aparılan geniş  miqyaslı abadlıq, quruculuq, yenidənqurma işləri bir ziyalı kimi məni çox sevindirir. 

 



















Gəncə şəhəri respublikamızın sürətlə inkişaf edən bölgələrindən biridir. Burada abadlıq-quruculuq işlərinin miqyası ildən-ilə genişlənir, əhalinin rahatlığına, rifah halının yaxşılaşmasına təminat yaradan iri layihələr həyata keçirilir.
 



















Dünyanın inkişaf etmiş şəhərlərində, xüsusən şəhər mərkəzindən kənar qəsəbələrin işıqlandırılması, həmin ərazilərdə elektrik dirəkləri və digər işıqlandırma vasitələrinin bərabər paylanması kimi amillərə xüsusi diqqət yetirilir. Bir neçə il bundan əvvəllər axşam düşəndə  şəhər qaranlığa qərq olurdu. Mərkəzi küçəni çıxmaq şərti ilə bütün küçələr qaranlıq idi, bu amil  bir tərəfdən işıqlandırılmayan   ərazilərdə cinayət hadisələrinin, piyada ölümü, yol-nəqliyyatı hadisələrinin, xüsusilə də soyğunçuluq hallarının yaşanmasına rəvac verirdi. Çox saylı küçə kameraları  da bu halda işə yaramırdı.
       Hal-hazırda Gəncənin küçə işıqlandırılması ilə bağlı yeni layihənin icrasına başlanılıb. Müasirliklə qədimliyin vəhdətini təşkil edən qədim tarixə malik olan Nizami yurdunun  göz  oxşayan məkanlarında, küçə və prospektlərində, o cümlədən qəsəbələrində görülən bu  tədbirlərin əsas məqsədi sakinlərin və şəhərə
 




















gələn qonaqların rahatlığını təmin etməkdir. Cari ilin sentyabr ayının əvvəlindən icrasına başlanılan layihədə işlər üç - A (qazıntı işlərinin aparılması), B (elektrik kabellərinin çəkilməsi) və C (işıq dirəklərinin basıdırlması) kateqoriyaları üzrə aparılır. Bəzi küçələrdə artıq işlər başa çatdırılıb. Bu işıqlandırma sistemləri şəhər əhalisinin rahatlığını təmin edir, onun yaratdığı fon isə gecə vaxtı şəhərə əsrarəngsiz bir gözəllik verir.
 



















Gəncənin Cavad xan və Məhsəti qəsəbələrində, Gülüstan yaşayış massivində, Qarabağ, X.Rəfibəyli, Aşıq Ələsgər və digər küçələrində  isə A kateqoriyası üzrə işlər yekunlaşmaq  üzrədir. Oktyabr ayından isə işıq dirəklərinin quraşdırılmasına başlanılacaq.
         Layihə çərçivəsində ümumi uzunluğu 245 kilometr olan 400-dən artıq küçədə 8000  yeni işıq dirəyi quraşdırılması nəzərdə tutulub. Layihənin yekununda şəhərin müxtəlif əraziləri “Fillips” şirkətinin müasir plafonları və led lampaları ilə işıqlandırılacaqdır.
        Qeyd edək ki, sözügedən layihənin icrasını Gəncə Şəhər İcra Hakimiyyəti həyata keçirir. Layihənin icrası ilə bağlı bir çox şəhər sakini də  işlə təmin olunub. Belə ki, hər üç kateqoriya üzrə işlərə 200-ə yaxın işçi cəlb edilib.
       Bundan başqa  yaxın günlərdə Gəncədə “LED” lampa istehsal edən  yeni  müəssisə  fəaliyyətə başlayacaq. “Zaferoğlu Elektrik” MMC olaraq fəaliyyət göstərəcək yeni müəssisədə “LED” lampalar istehsal ediləcək. Müəssisədə aparılan  işlər  artıq yekunlaşmaq üzrədir. Burada istehsal olucanaq “LED” lampalar standart lampalarla müqayisədə enerjiyə 10 dəfəyədək qənaət etməyə imkanı verir. Zavod oktyabr ayının sonuna kimi istismara veriləcək və burada  ilkin olaraq 100 nəfər işlə təmin olunacaq ki, müəssisə tam gücü ilə fəaliyyətə başladıqdan sonra bu sayın 500-ə çatdırılması hədəflənir. Bu da Gəncə şəhəri üçün  böyük rəqəmdir.
 



















       Respublika Prezidentinin  tapşırıq və tövsiyələrinə uyğun olaraq Gəncədə aparılan təmir-bərpa və abadlıq işləri geniş vüsət alıb. Mütəmadi xarakter daşıyan bu tədbirlərə Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təssərüfat İstehsalat Birliyinin Təmir-tikinti şöbəsinin canlı qüvvə və texnikası cəlb olunmuşdur. Hər gün şəhərin müxtəlif ərazilərində təmizlik işləri aparılır, yaşıllıqlar salınır, işıq dirəkləri yenilənir və digər tədbirlər görülür.
 



















Artıq  şəhərin əsas girişindəki Qala Qapılarının, yolun sağ tərəfində ucaldılan dahi Nizaminin “Xəmsə”sinin poemalarının adı verilmiş kitab abidələrin təmir-bərpa işləri sona çatdırılıb. Abidələrin önündə və magistral yolun kənarında yerləşən işiq dirəklərində köhnə lampalar müasir standartlara cavab verən yeni led lampalarla əvəz olunub. Eyni zamanda, şəhərin Hava Limanı istiqamətindən girişində divarların fasadlarında rənglənmə işləri aparılmış, yaşıllıqlar salınmış, səki yan daşları və gecə işıqlandırma sistemləri tamamilə yenilənmişdir.
         Bununla yanaşı, Heydər Əliyev Park Kompleksində, Xan Bağında, Gəncə Park-Bulvar Kompleksində, Heydər Əliyev meydanında, Gəncə çayının ətrafında və digər ərazilərdə   mövcud yaşıllıqlara xüsusi diqqət göstərilərək ağac və gül kolları suvarılmış, yabanı otlardan təmizlənərək abadlaşdırılmış, Gəncə çayın məcrası məişət tullantılarından təmizlənmişdir.
 






















Şəhər sakinlərin üz tutduqları parklardan biri də Mirzə Şəfi Vazeh parkıdır. Əhalinin bura axın etmələrinə əsas səbəb Gəncənin məşhur “Üç bulaq” kompleksidir. Qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun  təşəbbüsü ilə sözügedən bulaq əsaslı şəkildə təmir olunaraq   davamlı içməli su ilə təmin olunmuşdur. Həmin ərazidə də geniş abadlıq və quruculuq işləri aparılmışdır.

 



















Məlumdur ki, Gəncədə  içməli su, yağış suları  və çirkab su   xətləri tamamilə yenidən qurulur. Əhalinin kommunal problemlərinin həlli üçün həyata keçirilən infrastruktur layihənin yekunlaşdığı küçə və prospektlər dərhal  asfaltlanmaya hazırlanır. Şəhərdə nəinki yeni salınmış qəsəbələrdə, hətta qədim küçələrin çoxunda  heç vaxt asfalt, küçə işıqlandıırılması, içməli su və çirkab su xətlərı  olmamışdır. Amma indi bu çatışmamazlıqların aradan qaldırılması istiqamətində  gərgin   işlər  gedir,  bu ucqar ara küçələr  belə tamamilə asfaltlanır, su xətləri  çəkilir. Bundan başqa, əhalinin  mənzil  şəraitinin  yaxşılaşdırılması  və  abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə yanaşı, 3, 4 və 5 mərtəbəli çoxmənzilli binaların dam örtüyünün təmiri işləri  də sürətlə  davam  etdirilir,  bu  günə  qədər ayrılmış vəsait  hesabına  çoxmənzilli  binalrın  dam  örtükləri  təmir edilib, binalarda istismara yararsız liftlər yenisi ilə əvəz edilib. Gəncə çayın sahilində, mərkəzə yaxın yerdə 18-dən artıq hündür mərtəbəli sosial evlər tikilmişdir.Artıq bu binalarda yaşayan insanlar da var.Erməni hücumları nəticəsində evləri dağılan şəxslərə bu binalarda mənzillər verilib.
        Tikintisinə  başlanılan   və  tezliklə  gəncəlilərin  ixtiyarına  veriləcək  Cəfər Cabbarlı  adına   Gəncə  Dövlət  Dram Teatrının  yeni binası, həmçinin  dünya standartlarına çavab verən  İdman   sarayı  Gəncənin  gözəlliyinə  yeni  bir  çalar qatacaq.
         Vaxtaşırı  olaraq Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin texnikaları  vasitəsilə  Gəncənin  əsas  küçə  və prospektləri   koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə məqsədi ilə xusisi dezinfeksiyaedici məhlulla yuyulur. Buna paralel olaraq, park və xiyabanlarda, bank və ATM-lərin qarşısında, dayanacaqlarda, habelə əhalinin sıxlıq təşkil etdiyi digər ərazilərdə də  dezinfeksiya işləri görülür. Çoxmənzilli yaşayış binalarının ətrafında, həyət, giriş qəfəsləri və liftlərində də tibbi-profilaktiki tədbirlər həyata keçirilir. Qeyd edək ki, icra olunan bütün tədbirlər şəhər sakinlərinin rahatlığının təmin  etmək məqsədilə davamlı şəkildə  həyata keçirilir. Respublikamızda şəhid ailələri, müharibədə fiziki sağlamlığını itirən şəxslər və  ailə üzvləri xüsusi qayğı ilə əhətə olunublar. Onların sosial problemlərinin həlli, həyat və mənzil-məişət şəraitinin yaxşılaşdırılması hər zaman Respublika Prezidentinin diqqət mərkəzindədir. Ölkənin hər yerində olduğu kimi, Gəncədə də bu istiqamətdə müvafiq işlər görülür. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun tapşırığı ilə  Qarabağ əlilləri və şəhid ailələrinin  müraciətlərinə xüsusi həssaslıqla yanaşılır, qaldırılan məsələlər yerində araşdırılaraq həll edilir.
         Vətən müharibəsi zamanı şəhid olan, eyni zamanda Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində həlak olan mülki şəxslərin ailələri tez-tez ziyarət olunur. Ziyarət zamanı şəhid ailələrinin sosial problemləri öyrənilir, onların müraciət və qayğıları dinlənilir, problemlərinin həlli istiqamətində müvafiq işlər görülür.
        Məlumdur ki, Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində onlarla fərdi yaşayış evi və mənzil tamamilə dağılıb, minlərlə şəhər sakininin əmlakına ciddi ziyan dəyib. Artıq 9 aya yaxındır ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Gəncə şəhərində dəymiş ziyanın aradan qaldırılması istiqamətində iş aparılır. Eyni zamanda, Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə sakinlərin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələri, podratçı şirkətlərin rəhbərləri ilə görüşləri  keçirilir. Bu görüşlərdə  fərdi yaşayış evi və mənzillərində bərpa, təmir-tikinti işləri aparılan vətəndaşlar Komitənin Ərazi-Tikinti Planlaşdırma Mərkəzinin əməkdaşları və digər aidiyyəti qurumların nümayəndələri tərəfindən onlayn qaydada tək-tək dinlənilir, onların problemlərinin  aradan qaldırılması istiqamətində müvafiq işlər görülür.
          Şəhər  İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov tez-tez vətəndaşları pandemiya qaydalarına uyğun olaraq onlayn formatda qəbul edir. Qazi və şəhid ailələri üzvlərinin də qatıldığı  bu qəbullarda vətəndaşlar tək-tək çıxış edərək, öz şikayət və təkliflərini bildirirlər.  Dinlənilən müraciətlərin əksəriyyəti yerindəcə öz həllini tapır, bəziləri isə araşdırılaraq, qanuna müvafiq formada həll edilməsi üçün qeydiyyata götürülür.
        Bütün görülən işlərdə Gəncə  Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyevin, Gəncə  Şəhər İcra Hakimiyyəti başçısının  müavini Kamran Məhərrəmovun, Gəncə Şəhər  Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəhbəri İlham Quliyevin və digər məsul şəxslərin əməyi danılmazdır.
 




















          Bir sözlə, ölkə Prezidentinin Gəncəyə və Gəncəlilərə olan diqqət və qayğısı  nəticəsində  Gəncə günü-gündən gözəlləşir və qədimliyini saxlamaqla müasir şəhərə çevrilir.
        Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun fəaliyyəti nəticəsində Gəncə şəhəri son aylarda dinamik inkişaf yoluna çıxmış, şəhərdə əsaslı dəyişikliklər baş vermişdir.
        Mən bir ziyalı kimi fəxr edirəm ki, Gəncə etibarlı əllərdədir, Gəncə çox qürur duyulası, seviləsi, fəxr ediləsi qədim tarixə malik Azərbaycan şəhəri, gözəlliklər diyarıdır. Bu yolda zəhmət çəkənə, sərəncam verənə "çox sağ ol!" deyirik.
                                                           ELÇİN CAVADOV,
                                                    Gəncə Dövlət Universitetinin  kafedra  
                                                    müdiri, texnika elmləri doktoru




                           
        шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024