Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region / Slayd (12-08-2021, 12:33)
Kürdəmirdə şəhid ailəsini İNCİDƏN KİMDİR? - GİLEY


 




“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanuna görə, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatlar nəticəsində itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab olunan şəxslər şəhid adını daşıy­ırlar.

Faktdır ki, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olan hər bir şəxsin əziz xatirəsi yaddaşlarda yaşadılır, heç zaman da unudulmur. Məhz, onların göstərdikləri şücaətlər nəticəsində uzun illər ərzində erməni tapdağı altında qalmış torpaqlarımız işğaldan azad olundu. Ali Baş Komandan möhtərəm İlham Əliyevin rəhbərliyi altında davam edən hərbi əməliyyatlar zamanı ordumuz öz gücünü bütün dünyaya sübut etdi və şəhidlərimizin qanı yerdə qalmadı.



Bəli, bu gün ölkəmizdə şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına göstərilən dövlət qayğısı, Azərbaycan Respublikasının daxili siyasətində əsas prioritet vəzifələrdən biri hes­ab olunsa da, Kürdəmir rayonu, Ərəbqubalı kəndində yaşananlar isə, fə­rqli məqamları varlı­ğından xəbər verir. Çünki, Ərəbqubalı kənd sakini, şəhid Kamil Şirinovun atası Şirinov Altay Ağasəlim oğlunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, Azərbaycan Respublikasının Birinci vitse-prez­identi hörmətli Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikası Prezidentinin Admi­nistrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri cənab Hikmət Hacıyevə, Baş Prokuror cənab Kamran Əliyevə, Daxili İşlər Naziri cənab Vilayət Eyvazova, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi cənab Əli Nağıyevə, Müdafiə Naziri cənab Zakir Həsənova və digər vəzifə sahib­lərinə ünvanladığı şikayət ərizəsinin bir surətini "Gündəm Xəbər” qəzeti redaksiyasına təqdim etməsi və üz-ü­zə qaldığı çoxsaylı problemlərin mahiyy­ətini tam çılpaqlığı ilə açıqlaması, san­ki bizi dəhşətə gəti­rdi. Şəhid atası ün­vanladığı şikayət ər­izəsində yazır:

“Möhtərəm Ali Baş Komandan İlham Əliyev cənabla­rı!

Bildirirəm ki, Kürdəmir rayonu, Ərəbqubalı kəndi ərazisində Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının rəsmi icazəsi əsasında, 44 gün davam edən Vətən müharibəsində bizim kənddən şəhid olanlar­ın, o cümlədən şəhid övladım Kamil Şirinovun əziz xatirəsini əbədiləşdirmək məqsədilə, kənd ərazi­sində bulaq-abidə kompleksi inşa etdirmək qərarına gəldim. Qeyd edim ki, RİH başçısının tapşırığı əsasında, adı çəkilən qurumun memarı bulaq-abidə kompleksi inşa olunacaq əraziyə gəldi və bu məsələdə rəhbərliyin razı olduğunu bir daha diqqətimizə çat­dırdı. Bulaq-abidə kompleksini inşa etdirməkdə başlıca məqsədim, azyaşlılara və gənclərə şəhid övladlarımızı örnək göstərmək və onlarda da vətənpərvərlik ruhunu qaldırmaq idi. Yəni, istərdim ki, on­lar da Vətəni və xalq uğurunda hər zaman fədakatlıq nümayiş etdirsinlər, lazım gəldikdə bu yo­lda canlarından keç­məyi də bacarsınlar. Mənim belə bir istək­də çıxış etməyimə ba­xmayaraq, Ərəbqubalı kənd sakini, həmkəndlim, böyük təsərrüfat sahibi ola­n, eyni zamanda sahib olduğu var-dövlətinin hə­cmini, məbləğini bil­məyən Əsədulla Nəsirov adlı şəxs, kənd şəhidlərimizin adına bulaq-abidə kompleksi inşa etdirməyə heç cür imkan ve­rmir. Yəni, o, mənim var-yoxuma, şəhidlərin ölməz ruhuna söyməkdən belə çəkinmir. Baş verənlərlə bağlı həyata keçirilmiş video-çəklişdə hər şey açıq-aydın görün­ür. Ərəbqubalı kənd sakini olan Əsədulla Nəsirovun belə bir özbaşınalığı, qeyri-insani hərəkətləri ilə bağlı DİN-nin 102 xidmətinə üç dəfə məlumat versəm də, nədənsə Kürdə­mir RPŞ-də həmin şəx­slə bağlı heç bir tədbir görülmür. Hətta, xüsusi olaraq onu da qeyd edim ki, Əsədulla Nəsirova möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına səndən şikayət edəcəyəm dedikdə o, ictimai yerdə hörmətli Prezidentimizin ünvanına heç bir etikaya sığmayan, insanlığa yaraşmayan addım­larını atıb, söyüş və təhqiramiz ifadələr də işlişlədir.

Bundan əlavə, Əsədulla Nəsirov söyüş və təhqiramiz ifadələrlə üstümə hücum çəkib, boğazımdan tutub məni boğmağa da çalışıb, hətta o, "Darağın 30 gülləsini sənin qarnına doldurar­am, ailə-uşağını yer üzündən silərəm də" deyib. Deməli, Əsədulla Nəsirovda silah var və o, dəqiq bilir ki, avtomat silahın içində neçə ədəd güllə olur. Əlimdə onun məni boğması barədə tibbi ekspert rəyi də var.

Möhtərəm Ali Baş Komandan!

Diqqətinizə onu da çatdı­rım ki, Əsədulla Nəsirov kənd şəhidlərimizin adına bulaq-abidə kompleksi inşa etdirmək üçün “KAMAZ” markalı nəqliyyat vasitəsi ilə əraziyə gətirtdiyim mişar daşlarını məcburi qaydada əlimdən alıb, 200 baş iribuynuzlu heyvanı olan fermasının ərazisinə boşaltdırdı. Əslində, bu cür addı­mın atılması insanlı­qdan kənar hərəkət ol­du. Bundan əlavə o, hazırda ailə üzvləri­mi təhdid etmək fiki­rinə də düşüb. Ona görə də, bu gün onun atacağı hər addımdan ehtiyat edirəm. Yə­ni, Əsədulla Nəsirov hər cür kriminal addım atmağa qabil olan bir şəxsdir. Ona gö­rə də, Azərbaycan Re­spublikasının Daxili İşlər Naziri cənab Vilayət Eyvazova, ailə üzvlərimizin təhl­ükəsizliyinin təmin olunması ilə bağlı bir şəhid atası olaraq xahişimi çatdırır­am. Əgər xahişim nəz­ərə alınmazsa, o hal­da həyatımızda hansı­sa xoşagəlməz faciə­nin baş verməsi qaçı­lmaz olacaq”.

Baş verənləri təhlil edib belə bir qənaətə gəlmək olar ki, Ərəbqubalı kənd sakini olan Əsədulla Nəsirovun bu cür addımları heç bir normaya sığmayan, şəhid adına, şəhid ruhuna hörmətsizlik gətirən addımlardır. Ona görə də düşünürük ki, bu məqalənin yayımlanması və Azər­baycan cəmiyyətinin baş verənlərlə bağlı lazımi məlumatları əldə edə bilməsi, məhz aidiyyatı dövlət qurumlarını hərəkətə gətirəcək. Yəqin ki, o halda Əsədulla Nəsirovun hüquqazidd əməllərinə hüquqi qiymət vermək mümkün olacaq. Qa­rşı tərəfin də mövqe­yini dinləyə bilərik.

Mövzunu diqqə­tdə saxlayacağıq.

GundemXeber.Az


шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
18 09 2021 23:12
18 09 2021 21:57
18 09 2021 21:12
18 09 2021 20:45
18 09 2021 20:27
18 09 2021 20:13
18 09 2021 20:01
18 09 2021 19:37
18 09 2021 19:25
18 09 2021 18:42
18 09 2021 18:10
18 09 2021 17:47
18 09 2021 17:25
18 09 2021 17:03
18 09 2021 16:23
18 09 2021 16:11
18 09 2021 15:57
18 09 2021 15:43
18 09 2021 15:28
18 09 2021 15:11
18 09 2021 14:57
18 09 2021 14:46
18 09 2021 14:28
18 09 2021 14:12
18 09 2021 13:47
18 09 2021 13:30
18 09 2021 13:12
18 09 2021 12:50
18 09 2021 12:40
18 09 2021 12:04

{sape_links}{sape_article}