Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region / Slayd (14-09-2020, 10:52)
Goranboyda İslahatlara kim mane olur?


 
Prezident İlham Əliyevin 2018-ci ildən başlayaraq həyata keçirdiyi dəyişikliklər, reputasiyası zədələnməmiş kadrları irəli çəkməsi göstərdi ki, iqtidar yeni strategiya və model ortaya qoymağı hədəfləyib. Bu siyasətin tərkib hissəsi yerli idaretmə orqanlarının fəaliyyətində əsaslı islahatlar aparmaq, köhnə qvardiyanın korrupsioner maraqlarına xidmət edən məmurları strukturlardan uzaqlaşdırmaqdır. Artıq 6 icra başçısının həbs olunması, bir neçəsinin vəzifəsindən azad edilməsi təsdiqləyir ki, hakimiyyət əyalətlərdə idarəçiliyə radikal şəkildə əl gəzdirir.

Bu prosesin davamının gələcəyi də şübhə doğurmur.
Prezidentin “Ağ inqilab” adlandırılan dəyişiklikləri nazirlikərlərdən, parlamentdən tutmuş, İH-lərə qədər hər yeri əhatə edəcək. Xüsusən də, icra hakimlərinin fəaliyyətində hələ də vətəndaşları narazı salan, süründürən, korrupsiyaya səbəb olan hallar var.

Goranboyda mehdiyevizm ənənəsi

araz.az-ın siyasət şöbəsinin məlumatına görə, yerli icra orqanları arasında ən çox qaranlıq işləri diqqət çəkən, tez-tez medianın gündəminə gələn, adı müxtəlif maxinasiyalarda, xoşagəlməz hadisələrdə hallanan Goranboy Rayon İcra Hakimiyyətidir.
KİV üzərindən monitorinqlər, müşahidə və araşdırmalar bu qənaəti hasil edir ki, Goranboy İH və onun rəhbərliyi prezidentin yuxarıda sadaladığımız islahatlar kursuna daban-dabana zidd fəaliyyətdədir. Rayonun icra başçısı Məhərrəm Quliyev Ağstafadan Goranboya transfer edilməsinə, ona siyasi rəhbərlik tərəfindən böyük etimad göstərilməsinə, hər iki bölgədə nələrin baş verdiyini, rüşvət üstündə həbslər olduğunu hamının bilməsinə baxmayaraq, öz xoşagəlməz əməllərini, ənənəvi idarəçilik metodlarını tərgitmir. M. Quliyevə elə gəlir ki, köhnə əyyamlardır, Ramiz Mehdiyev nomenklaturası davam edir və özünü “kiçik padşah” kimi apara bilər.

Nağdəliyev sayəsində yüksəliş və...

Sirr deyil ki, M. Quliyev Prezidentin ərazi-təşkilati məsələlər üzrə köməkçisi - şöbə müdiri Zeynal Nağdəliyevin kadrı kimi tanınır. Z. Nağdəliyev hələ Lənkəranın icra başçısı postunu tutarkən əslən bu bölgədən olan və yerli İH-də işləyən M. Quliyevi yanına çəkir, müavin təyin edir. Halbuki, Məhərrəm Quliyevin dosyesi ürəkaçan deyildi. Mediada gedən iddialara görə, atası Böyükağa Quliyev Lənkəran İH-də şöbə müdiri vəzifəsində çalışdığı dövrdə yol verdiyi korrupsiyaya görə həbs edilib. Başqa iddialara görə, M. Quliyev “Avrora” sovxozunda aqronom işlədiyi vaxtlarda aktiv şəkildə siyasi proseslərə qoşulub. Söhbət 1993-cü ildən gedir və həmin dövrdə Lənkəranda hansı siyasi hadisələrin cərəyan etdiyini əksəriyyət xatırlayır. Bütün bu təqdimatlar onun karyera yüksəlişində tormozlayıcı faktor olmalıydı. Amma Nağdəliyev Quliyevə “yaşıl işıq” yandırır və tramplin rolunu oynayır. Ardınca Prezident Administrasiyasına dəvət edilən və yüksək vəzifəyə təyin olunan Z. Nağdəliyevlə birgə, M.Quliyevin də, xoş günləri başlayır.
Məhərrəm Quliyevin Ağstafaya icra başçısı təyin olunmasında sözsüz ki, Nağdəliyevin müsbət təqdimatı ciddi rol oynayıb. Ancaq Ağstafada işlədiyi dövrdə adı müxtəlif maxinasiyalarda, hazırda həbsdə olan I müavin Ramiz Tatarovla qanunsuz işlərdə çəkilib. Di gəl ki, rayonu viran qoyan Məhərrəm Quliyev yenə də özünü qoruya bilib. Ağstafadan Goranboya icra başçısı təyinatında da, məhz, Zeynal Nağdəliyevin yüksək nüfuzu, prezident qarşısında etimadı rol oynayıb. Amma son vaxtlar Goranboy İH və başçısı ilə bağlı elə xəbərlər yayılıb ki, onun həm kurator Nağdəliyevin, həm prezidentin etimadını doğrultmadığına əsaslar yaradır.
WhatsApp Image 2020 09 14 at 00.16.18

Quliyev - Həsənov tandemi: Yığım, xərac...

Əldə edilən məlumatların birində deyilir ki, rayon sakini Arzu Verdiyev icra başçısının qəbuluna düşmək istəyir. Əvəzində başçının I müavini Ceyhun Həsənov tərəfindən şil-küt edilir. Hətta iddialara görə, qəbula gələn goranboylu pəncərədən atılır. Qəribə də olsa, bu haqda İH tərəfindən indiyədək heç bir rəsmi münasibət ortada yoxdur. Məgər budurmu xalqla işləmək? Prezident qəbula gələn sakini döyməyi, yoxsa dərdini dinləməyi tapşırıb?
Ümumiyyətlə, M. Quliyev - C. Həsənov tandemi uğurlu alınıb və onlar Goranboyda bütün qeyri-rəsmi maliyyə əməliyyatlarını birgə həyata keçirirlər.
O, həmin Ceyhun Həsənovdur ki, I müavin vəzifəsini daşıyarkən, Goranboyda həddi-hüdudu bilinməyən qanunsuzluqlara imza atıb. Hətta onun vasitəçiliyi ilə, Rayon Təhsil Şöbəsinin 20-dən çox vəzifəlisinə cinayət işi qaldırılıb.
Deyilənlərə görə, Məhərrəm Quliyev Göoranboya icra başcısı təyin olunduqdan sonra C. Həsənovun mövqeyi daha da möhkəmlənib.
İddialara görə, icra başçısı ilk günlərdə idarə və təşkilat rəhbərlərinə mesaj göndərib --

"Mən deyən olmalıdır, vəssalam!..".

Məsələn, həmin vaxt rayonun Telekommunikasiya Qovşağının rəisi 70 min manat, “Sukanal” idarəsinin müdiri buna bənzər məbləğ ödəməli olublar. Səhiyyə şöbəsinin müdiri də vəzifədə qalmaq naminə tələbi yerinə yetirib. Yəni, şöbə müdiri ayda 2-3 min “haqq” verməyə razılaşıb. Bütün bu iddialar mətbuatda tirajlanıb, ittihamlar səslənib, amma ortada Goranboy İH tərəfindən heç bir rəsmi açıqlama, təkzib və ya təsdiq yoxdur.
Madam belədirsə, “susmaq -- razılıq əlamətidir” ifadəsi yada düşür. Maraqlıdır, niyə, icra başçısı ona ünvanlanan bu ittihamların heç birinə cavab verməyib?
Həmçinin, Goranboy rəhbərinin torpaq sahələrini ələ keçirdiyi, sakinlərin problemlərinə ürək qızdırmadığı barədə də, ortadakı danılması mümkünsüz tükürpədici faktlar belə indiyədək təkzib olunmayıb.

Goranboyda feodalizm mühiti, hədə-qorxuyla, gözümçıxdıyla,.. hallanan qanunsuz hərəkətlər

Elə, bu yaxınlarda, rayonun Qızılhacılı qəsəbə sakinləri Eldar Musayevin və Arzu Verdiyevin ölkə rəhbərlinə ünvanladıqları şikayət xarakterli müraciət də bu barədədir. Həmin müraciətdə onlar bildiriblər ki, Goranboyda orta əsrlərə məxsus feodal quruluşu yaşanır: “Olkə başçısından Qızılhacılı qəsəbəsində, keçmiş Qara Məmməd adına kolxozun Aqrar İslahat Komissiyası tərəfindən yerli əhalinin istifadəsi üçün nəzərdə tutulan azad örüş sahələrinin qanunsuz zəbt edilərək, əkilməsinə, idman meydançalarına, elat yollarına, zibil tökülməsi üçün nəzərdə tutulan sahələrə, bələdiyyənin ehtiyat fonduna və digər sosial yönümlü sahələrə aid özbaşınalıqların aradan qaldırılması üçün xahiş etmişik. 2020-ci ilin yazında, heyvanların örüşə gedən vaxtı biz gördük ki, hər yer şumlanıb və toxum səpilib. Mayın 4-də icra başçısı Məhərrəm Quliyevin qəbulunda olduq və geniş tərkibli komissiya yaradılması qərara alındı. Həmin qəbulda RPŞ-nin və DTX-nın rayon şöbəsinin rəisləri də iştirak edirdilər. Bütün bunlardan sonra, bizə qarşı hədə-qorxu gəlməklə, təzyiq etməyə çalışdılar. Biz vəziyyətin ciddiliyini nəzərə alıb, sosial şəbəkələr vasitəsi ilə Prezidentə Goranboy rayon Qızılhacılı qəsəbəsində rayon İcra başçısının I müavini, oliqarx məmur kimi ad çıxaran Ceyhun Həsənovun kirvəsi Ehtibar Lətif oğlu Əhmədovun dövlət içində dövlət yaradaraq, illərlə qəsəbəni taladığını və hər cür qanunsuzluq edərək, Qızılhacılı bələdiyyəsini zəbt etdiyini bildirdik”, -- bu sözlər həmin müraciətin sonudur və ciddiliyi ilə diqqəti cəlb edir.
Biz, araz.az-ın oxucularına prezidentə ünvanlanan həmin geniş müraciətin yalnız kiçik parçasını və əsas məğzini təqdim etdik ki, onlarda, Goranboyda İH rəhbərliyinin qanun çərçivəsindən kənar hansı əməllərlə məşğul olduğu təsəvvürü yaransın.
Yeri gəlmişkən, onu da qeyd edək ki, icra başçısı M. Quliyevin subartezian quyularının istismarı idarəsinin rəisi Rauf Teyyubovu gözümçıxdıya saldığı barədə də əlimizdə məlumatlar var. Əlimizdə olan digər bir informasiya isə bu barədədir ki, icra başçısı ona verilən “Toyota Avalon” markalı xidməti avtomobil ətrafında da qanunları tapdalayır. KİV-də yayılan fotolardan, texniki pasport və radar bildirişindən, o cümlədən vətəndaşlarla görüşdəki şəkillərdən məlum olur ki, ərazidə saxlanan 22-AA-001 qeydiyyat nömrəli avtomobil heç də M. Quliyevə verilən xidməti “Toyota Avalon” deyil, “BMW”-dir.
Bütün bunlar da, birbaşa, prezidentin icra başçılarını təyin edərkən, hər dəfə səsləndirdiyi ciddi tapşırıqlarının əleyhinə getmək deməkdir. Ən qəribəsi odur ki, M. Quliyevin özfəaliyyəti yuxarıdakı məsələlərlə məhdudlaşmır. Bütün bunlar barədə, növbəti araşdırma yazılarımızda tanış ola biləcəksiniz.
araz.az
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024