Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Problem / Karusel / Slayd / Redaktor seçimi (16-05-2018, 09:47)
Dövlət rəhbərliyinin Mahir Quliyevlə vidalaşmağa hesablanmış mesajı-ÖZƏL


Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun hesabatından məlum olur ki, vətəndaşların PA-ya ən çoix şikayət etdikləri rayonlardan biri də Biləsuvardır. Bu fakt əlbəttə ki, rayon rəhbərliyinin, konkret olaraq rayon İcra Hakimiyyətinin başçısı cənab Mahir Quliyevin öz vəzifəsinin öhdəsindən tam gələ bilməməsinin ən yüksək səviyyədə təsdiqi deməkdir. Axı, RİH başçısının əsas vəzifələrindən biri məhz vətəndaşları - rayon sakinlərinin müraciətlərinə baxılması, problemlərinin araşdırılması və həllinə nail olmaqdır.
Mediatv.az-a verilən məlumata görə Şikayətçilərdən bir qrupu da rayonun Səmədabad kənd sakinləridirlər. Sadiq oxucularımız xatırlayarlar ki, saytımızda kəndlilərin icarələrində olan bələdiyyə və dövlət fond torpaqlarından istifadə edə bilmədikləri barədə müfəssəl məlumatlar verilib. Şikayətçilər yüz hektarlarla bələdiyyə və dövlət mülkiyyətində torpaq sahələrinin rayon rəhbərliyi tərəfindən Biləsuvar rayonuna aidiyyəti olmayan "Astaraçay"ın törəmə müəssisəsi "Muğan düyü" MMC-yə icarə müqaviləsi ilə verildiyini, torpağın əvvəlki icarəçilərinin isə zorla imtinaya məcbur edildiyini, pambıq əkini mövsümü başlasa da, heç bir iş görülmədiyini, əkinə yararlı sahələrin başına qaldığını bildirmişlər.
Hələ də bu sualımız açıq qalıb: Görən, icra başçısı Mahir Quliyevin marağı nədir ki, torpaq sahələrinin kəndlilərdən alınıb qonşu rayondan dəvət etdiyi onların sözləri ilə desək "investor"a verilməsini dəstəkləyib?Təkcə Səmədabad kəndi deyil,baçqa kəndlərdə də sosial narazılıqlar artıb.
Ancaq bir nəticəni qətiləşdirmişik - Biləsuvar rayon rəhbərliyinin yarıtmaz idarəçiliyi, kəndliləri yeganə məşğulluq və qazanc mənbəyi olan torpaqdan perik salmaqla miqrasiyaya məcbur etməsi dövlətimizin sosial siyasəti ilə də daban-dabana ziddir. Yəqin, bu ziddiyyət hakimiyyətin yuxarı pillələrindən də aşkar görünür və Mahir Quliyevə göstərilən etimad azalır. Etibarlı mənbədən Mediatv.az-a verilən məlumata görə, bu il mart ayının sonuna yaxın, yəni seçkiqabağı ərəfədə dövlət başçısının Biləsuvar rayonuna səfəri gözlənilirmiş. Hətta bu təşrifata hazırlıq tədbirləri ilə qayğılanan M.Quliyev Biləsuvar şəhərinin mərkəzi küçələrini, RİH-nin inzibati biasının ətrafını süpürüb təmizlətdirmək üçün bağça və məktəb müəllimələrini də xadimə qismində iməciliyə səfərbər edibmiş. Lakin gözləntinin əksinə olaraq, Prezidentin səfəri qeyri-müəyyən vaxta təxirə salınıb. İctimaiyyət bunu dövlət rəhbərliyinin M.Quliyevlə vidalaşmağa hesablanmış mesajı kimi qəbul edib.

шаблоны для dle 11.2

Xəbər lenti
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
17 03 2024
17 03 2024
17 03 2024
17 03 2024