Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (22-01-2021, 10:12)
Sumqayıtda bələdiyyəsində Sərvis Süleymanov kimdir?


Sumqayıtda bələdiyyə-mələdiyyə oyunu...
Sumqayıt şəhər bələdiyyyəsinin sədri Sultan Əsədov tutduğu vəzifədən azad edilib. Bununla bağlı cumhuriyyet.az-ın əldə etdiyi məlumata görə, bələdiyyənin növbədənkənar iclasında sədr Sultan Əsədov istefaya göndərilib. Yaxın günlərdə bələdiyyənin yeni sədrinin adı məlum olacaq. Yeni sədrin Sumqayıt Bələdiyyəsinin sədr müavini Sərviz Süleymanovun olacağı ehtimal edilir. Bəs Süleymanov Sərviz Salman oğlu kimdir? Bu suala cavab tapmaq üçün cumhuriyyet.az olaraq S. Süleymanovla bağlı mətbuatda kiçik bir araşdırma apardıq. Araşdırma zamanı məlum oldu ki, sözügedən şəxs əvvəllər Sumqayıtda Mənzil İstismar Sahələrindən birinin rəisi, sonralar isə Sumqayıt şəhər Bələdiyyəsində mülkiyyət şöbəsinin müdiri kimi fəaliyyət göstərib. Hətta onun şöbə müdiri işlədiyi dövrdə töhmət aldığı da bildirilir.
Daha sonra “töhmətli” məmur Sumqayıtdan Abşerona transfer olunub. Belə ki, S. Süleymanov rayonun Ceyranbatan qəsəbəsində icra nümayəndəsi işləyib, 2008-ci ildə karyerasının pik nöqtəsinə çatıb. O, 10 ildən çox Abşeron rayon İcra Hakimiyyəti Başçısının müavini olub. 2018-ci ilin yanvar ayından isə bu vəzifədən azad edilib. Bu illər ərzində onun adı mətbuatda heç də yaxşı xatırlanmayıb. Həmin yazılardan belə görünür ki, S.Süleymanovun postundan kənarlaşdırılması heç də sadə səbəblərlə bağlı olmayıb. Belə ki, icra başçısının sabiq müavini, gələcək bələdiyyə sədrinin adı çoxsaylı qanunsuzluqlarda hallanıb.
Məlumata görə, S.Süleymanovun Abşeron rayonunun bir çox yerlərində, xüsusilə Goradil, Fatmayi, Məhəmmədi kəndlərinin ərazisində vətəndaşların etibarından istifadə edərək onların torpaqlarını ələ keçirdiyi iddia olunur. Bununla yanaşı qeyd olunur ki, mənimsədiyi torpaq sahələrini yaxınlarının adına rəsmiləşdirib. Etibarlı mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə S.Süleymanov bütün bu əməllərinin qarşılığında isə özünə kifayət qədər geniş biznes şəbəkəsi qura bilib. Belə ki, S.Süleymanovun yalnız Abşeron rayonunun müxtəlif ərazilərində deyil, paytaxt Bakı və Sumqayıtda da çoxsaylı ticarət obyektlərinə sahib olduğu deyilir. Həmin obyektlərin bir qismi həyat yoldaşının, bir qismi isə keçmiş müavinə yaxınlığı ilə bilinən başqa şəxslərin adınadır.
Onun vaxtı ilə töhmət aldığı bələdiyyədə sədr necə fəaliyyət göstərəcəyini isə zaman göstərəcək. Qeyd edək ki, Sərviz Süleymanov 44 saylı Sumqayıt – Xızı seçki dairəsinin sədri Məzahir Süleymanovun qardaşıdır.

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024