Mən 20 il Quşçuluq Stansiyasının müdiri, kolxoz sədri, kənd sovet sədri, icra nümayəndəsi, 16 il isə poçt şöbəsinin müdiri vəzifələrində işləmişəm. Harada işləmişəmsə hər zaman vicdanım özümə hakim olub. Bu gün mənim heç “su putkam” da yoxdur. Hazırda Siraqəddin Cabbarov rayon sakinlərini vahimədə saxlayır. Məgər indi quldarlıq dövrüdür? İcra başçısı daim vurğulayır ki, “mən “yeraz”am, Prezidentin yerlisiyəm və sizi məhv edəcəyəm”. Mənim az yaşım yoxdur, heç vaxt nə mərhum prezidentimiz Heydər Əliyev, nə də ki, cənab İlham Əliyev ölkəmizi regionlara bölməyib. Bu şəxsin sahib olduğu sərvət 100 min dollarla ölçülür.
Siraqəddin Cabbarov Saatlıda icra başçı olan zaman 84 yaşlı Ağavəli Həsənova məxsus şirkəti buldozerlə darmadağın etdirdi və həmin yerdə Bayraq meydanı inşa olundu. Ondan şikayət edən Ağavəli Həsənova küçədə xəsarət yetirtdirdi və o, dörd gün hüuşsuz qalıb dünyasın dəyişdi. Saatlı Su-Kanal İdarəsinə məxsus boruları satdırıb mənimsədi. İdarənin müdiri guya meşədə özün asıb öldürüb. Əgər belə bir fakt lazımınca araşdırılarsa, o halda bəzi həqiqətlər ortaya çıxar. Bu şəxs “yırtıcı”dır. Əgər onun qəbulunda olduğum zaman qaçmasaydım, bəlkə mənim də taleyim lap pis olardı. İcra başçısının qəbulunda olarkən telefonlarımızı müsadirə etdirdi ki, onun atdıqları addımlarla bağlı heç bir çəkiliş çəkə bilməyək”.
Hörmətli oxucular! Dərc etdiyimiz bu açıqlamada səslənən fikirlər Sabirabad rayonu, M.H.Şəhriyar adına kənd sakini Əhədov Abuzər Fərrux oğluna məxsusdur. İcra başçısı Siraqəddin Cabbarovun ünvanına səslənən belə bir ittihamlarla bağlı bir redaksiya olaraq hələlik konkret nəsə deyə bilməsək də, deyəcəyimiz fikir o olacaq ki, biz bu yöndə araşdırmalarımızı davam etdirəcəyik. Əgər yetərincə təsdiq olunmuş məlumatları əldə edə biləcəyiksə, o halda sizləri baş verən olaylarla bağlı ətraflı məlumatlandırmağa çalışacağıq. Odur ki, bizi izləməyi unutmayın. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.\\Nyus.Az
Karusel / Slayd (13-07-2019, 09:46)
Siraqəddin Cabbarov vətəndaşa hücum çəkib


Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
11 08 2025
11 08 2025
11 08 2025
11 08 2025
10 08 2025
10 08 2025
10 08 2025
10 08 2025
10 08 2025
10 08 2025
10 08 2025
10 08 2025
10 08 2025
10 08 2025
10 08 2025
10 08 2025
10 08 2025
10 08 2025
10 08 2025
10 08 2025
10 08 2025
10 08 2025
9 08 2025
9 08 2025
9 08 2025
9 08 2025
9 08 2025
9 08 2025
9 08 2025
9 08 2025