Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (17-09-2018, 11:27)
Elmar Vəliyevlə qohumluq Vidadi İsayevi bitirir

 

 

 

 

Gəncənin keçmiş meri Elmar Vəliyevin adamı kimi xarakterizə olunan Bərdənin icra hakimi Vidadi İsayevin dayaqlarının sarsılması onun gedişini sürətləndirib

Mediatv.az Cahan.info-ya istinadən xəbər verir ki,
 E.Vəliyevə arxalanıb Bərdənin ömürlük hakimi kimi davranan V.İsayev üçün sərəncam masa üzərindədir.

Bu regionun kadr xəritəsinin köklü dəyişikliyi gözlənilir ki, Bərdə, Yevlax və Daşkəsən siyahıya başçılıq edir. Gəncədən sonra strateji əhəmiyyətli zona Bərdədir.

Son illərdə isə Gəncə daxil olmaqla Bərdə, Yevlax Vəliyevin nəzarətindəydi. Məlum hadisələrdən sonra artıq yeni icra başçılarının təyinatına start verilir.

V.İsayevin də planın tərkib hissəsi olduğu xəbər verilir ki, artıq düymə basılıb. Əhalini incitməsi, iş adamlarını sıxışdırması, Zaur Bəylərov adlı keçmiş şöbə müdirinin əli ilə icra nümayəndələrini soğan qabığı kimi soyması dosye halına gətirilib.

Z.Bəylərov içkili halda avtoqəza törədərək bir insanın həyatına son qoymuşdu. V.İsayev onu qorumağa çalışırdı. Lakin Bəylərovun qanunsuz əməlləri də ortadaydı.

Onun barəsində prokurorluğa edilən şikayətlərdən sonra İsayev “sağ əlini” kəsib işdən çıxarmağa məcbur qaldı. Əks təqdirdə, bu qədər müraciətlərə baxmayaraq, icra başçısı vətəndaşları incidən şöbə müdirini vəzifədə saxlamışdı.

İndi növbə özünə çatıb və deyilənə görə, Bərdənin icra başçısı çox narahatdır. Ona vəzifə veriləcəyi gözlənilmir.Gundeminfo.az-a daxil olan informasiyaya görə Vidadi İsayev Gəncə hadisələrindən sonra vəzifəsində çox az görünür. 

Bərdədəki mənbələrdən daxil olan məlumatda deyilir ki, avqust ayında V.İsayev ümumiyyətlə işdə olmayıb. Bəziləri İsayevin xarici ölkələrdən birində istirahət etdiyini bildirir. 

Başqa mənbələrin iddiasına görə isə Elmar Vəliyevlə bağlı olaydan sonra Bərdə İcra Hakimiyyətində də ciddi təftişlərə başlanılıb. 

Əhali ilə davranışları, İcra Hakimiyyətinin əməkdaşlarının qanunsuz əməlləri ilə bağlı araşdırmalar da aparılıb. Elə bu gün yayılan rəsmi informasiya da deyilənləri təqdiqləyir. 

İnformasiyaya əsasən İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zaur Bəylərov vəzifədən azad olunub. 

Hələlik həmin vəzifəyə təyinat olmayıb və şöbə müdiri vəzifəsinin icrası müvəqqəti olaraq baş məsləhətçi Bəxtiyar Abduyevə həvalə edilib.

Cahan.info xəbər verir ki, Zaur Bəylərov əvvəllər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tərtər rayon şöbəsində müdir müavini vəzifəsində çalışıb. 

Vidadi İsayev rayona icra başçısı təyin edildikdən sonra isə İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri təyin olunub. O təkcə şöbə müdiri deyil, həm də V.İsayevin kassası rolunu oynayan ən yaxın köməkçisi olub. 

Dünənə qədər Bərdədə hər kəs Zaur Bəylərovun başçı üçün pul yığanı, qəbullar təşkil edəni olaraq tanıyıb. Maraqlıdır ki, illərlə ən çox güvəndiyi, bütün qara işlərini tapşırdığı adamını Vidadi İsayev niyə vəzifədən uzaqlaşdırsın? 

Gundeminfo.az-a danişan Bərdədəki məlumatlı mənbə deyir ki, əslində Z.Bəylərovu icra başçısı öz xoşu ilə vəzifədən azad etməyib. V.İsayev hələlik adamını işdən uzaqlaşdırmaqla onu qurban verir və çalışır ki, aparılan araşdırmaların təsirini azaltsın. 

V.İsayev həm də Gəncə olaylarından sonra Elmar Vəliyev kimi himayədarını itirib və əhali arasında əsas narazılıqları yumşaltmağa çalışır.

"Yeni Sözçü” qəzeti yazıb ki, Vidadi İsayev Gəncə şəhər icra hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin həyat yoldaşının doğma əmisi oğlu, qaynı Nazim İsayevin qaynatasıdır. Məlumatlarda iddia olunur ki, bu icra başçıları arasında ilk vəzifəsini itirən də məhz Vidadi İsayev olacaq.

Bu məlumatın əsassız olmadığını Vidadi İsayevin əmisi oğlu və kürəkəni Nazim İsayevin son günlərə kimi gömrükdə tutduğu yüksək vəzifədən azad olunmasıdır. Nazim İsayev son günlərə kimi Dövlət Gömrük Komitəsinin regional strukturlarından olan Yevlax Gömrük İdarəsinin rəis müavini vəzifəsini tutub. 

Gömrük xidməti polkovniki olan Nazim İsayevin vəzifədən azad olunmasına formal səbəb Tovuz, Gəncə, Balakən və Yevlax Gömrük İdarələrinin birləşdirilməsindən sonra son günlərə kimi tutduğu vəzifənin ixtisara düşməsi olub.

Məlumatlı mənbə bildirir ki, əgər Dövlət Gömrük Komitəsinin rəhbərliyi istəsəydi bu birləşmədən sonra da Nazim İsayevə vəzifə verə bilərdi.

Belə ki, onun statusu Yevlax Gömrük İdarəsindən Yevlax Gömrük Postu səviyyəsinə endirilən qurumun rəhbərliyinə təyin edə bilərdi. 

Ancaq bu təyinat olmayıb. Məlumata görə, Nazim İsayevin, hətta sıravi müffətiş kimi gömrük orqanlarında qalması da mümkünsüz görünür.

Belə ki, bu günə kimi onun haqqında belə bir təyinat yoxdur və Nazim İsayev hazırda sərəncamdadır.

Elmar Vəliyevin icra başçısı postuna gətirdiyi ilk kadr olan Vidadi İsayevin oktyabr ayının sonuna kimi istefaya göndəriləcəyi gözlənilir. 

Onun yerinə isə Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin kadrı təyin olunacağı iddia olunur. Məlumata görə SOCAR prezidenti artıq bununla bağlı dövlət rəsmiləri ilə ilkin danışıqlar apardığı da verilən məlumatlar sırasındadır.

шаблоны для dle 11.2

Xəbər lenti
19 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
17 03 2024
17 03 2024
17 03 2024