Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd / Aktual / Redaktor seçimi (30-07-2018, 14:05)
QİDA TƏHLÜKƏSİZLİYİ AGENTLİYİNİN TƏHLÜKƏLİ KADR SİYASƏTİ-ÖZƏL

 QİDA TƏHLÜKƏSİZLİYİ AGENTLİYİNİN TƏHLÜKƏLİ KADR SİYASƏTİ-ÖZƏL

 

Ətin tez xarab olduğu isti yay aylarında satışının toz-torpağa məruz qalan küçələrdə, yol kənarında həyata keçirilməsi yolverilməzdir. Belə neqativ hallara qarşı mübarizə işinin səmərəliliyini artırmaq üçün aidiyyati dövlət və hökumət strukturları tərəfindən əhəmiyyətli tədbirlər görülsə də, ayrı-ayrı yerlərdə ət kəsimi ilə bağlı normativ tələblərin gözlənilmədiyi müşahidə olunmaqdadır.

Mediatv.az saytının redaksiyasına Xızı rayonu ərazisində qanunsuz ət kəsiminin və satışının baş alıb getməsi barədə informasiya daxil olub. Biz bu məsələ ilə əlaqədar suallarımızı cavablandırması üçün rayonun baş baytarı Bəylər müəllimlə əlaqə saxladıq. O isə bu il iyul ayının 1-dən etibarən belə neqativ hallara qarşı mübarizə aparmaq səlahiyyətinin Dövlət Baytarlıq Xidmətindən alınaraq Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) verildiyini bildirdi. Həmçinin, Agentliyin regional idarəsinin qonşu Siyəzən rayonunda yerləşdiyini, Xızıda vəziyyətə nəzarəti həmin idarənin müfəttişi Zinharov Emil Qadir oğlunun həyata keçirdiyini qeyd etdi.

Məqsədi eyni, amma istiqaməti dəyişmiş araşdırmalarımızdan bəlli oldu ki, Emil Zinharov əvvəllər Sumqayıt şəhər Baytarlıq İdarəsində müfəttiş işləyib. O vaxtlar isə həmin idarənin rəisi vəzifəsini əvvəllər Dövlət Baytarlıq Xidmətinin rəsi olmuş Sialə xanım Rüstəmova aparırmış. Həmçinin araşdırma nəticəsində əldə etdiyimiz nəticələrə görə, Zinharovun qol qoyduğu qanun pozuntuları, korrupsiya əməlləri Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırılıb və hüquqi qiymət verilməsi üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilib. Mediatv.az-a verilən məlumata görə  Zinharovun təqsiri 25 avqust 2017-ci il tarixdə Sumqayıt şəhər məhkəməsi tərəfindən sübuta yetirilib və onun 2000 (iki min) manat cərimə olunması, eləcə də 2 (iki) il müddətinə dövlət və idarəetmə orqanlarında işləmək hüququndan məhrum edilməsi barədə qətnamə çıxarılıb.

Maraqlıdır, həmin məhkəmə qətnaməsindən cəmi bir il ötməsinə baxmayaraq, görəsən Emilin hansı himayədarı onun işə götürülməsi barəsində Dövlət Agentliyinin sədri cənab Qoşqar Təhməzliyə təqdimat verib? Öyrənməyə çalışırıq.

P.S. Bu il yaradılmış Qida Təhlükəsizliyi Agentliyinin qarşısına qoyduğu əsas vəzifə Azərbaycan vətəndaşlarının təhlükəsiz qida məhsulu əldə etməsini təmin etməkdir. AQTA bu prosesi kiçik və orta sahibkarların işirakı ilə, mərhələli şəkildə həyata keçirməli, bu sahədə vətəndaş məsuliyyətini artıracaq yöndə işlər görməlidir. Gəlin razılaşaq ki, Zinharov kimi reputasiyası ləkəli, əliəyri kadrlarla bu mühüm vəzifələrin öhdəsindən gəlmək qeyri-mümkündür. Odur ki, AQTA-nın fəaliyyətinin başqa tərəflərinə toxunmadan, qurumun məhz kadr siyasətində hər şeyin qaydasında olduğunu demək çətindir.       

 

шаблоны для dle 11.2

Xəbər lenti
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
17 03 2024
17 03 2024
17 03 2024
17 03 2024