Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm / Karusel (27-02-2014, 14:11)
Gülər Əhmədova yeriyə bilmir

 

 

 

 

Sabiq millət vəkili, hazırda həbsdə olan Gülər Əhmədovanın vəziyyəti yenidən pisləşib. 

Bu barədə Movqe.az-a G. Əhmədovanın vəkili Əfsər Talıbov məlumat verib. Ə. Talıbov bildirib ki, G. Əhmədova sabah yenidən Ultrasəs (UZİ) müayinəsindən keçiriləcək: "Sol ayağı tamamilə tutulub, yeriyə bilmir.Təcridxananın tibb məntəqəsinin həkimləri sabah ciyərlərini də müayinədən keçirəcəklər. Səhhəti günü-gündən pisləşir. Gözündə də problem yaranıb, əsmə var. Akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutundan həkim dəvət edilib. Sabah yenidən G. Əhmədovanı müayinə edəcəklər". 
Ə. Talıbov əfv üçün hələki müraciət edib-etməyəcəklərini müzakirə etmədiklərini söyləyib. Vəkil bildirib ki, sabah G. Əhmədova ilə görüşəcək: "Sabah müayinədən sonra onun səhhəti ilə bağlı hansı qərar veriləcəyi açıqlanacaq".
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsində G.Əhmədovanın 3 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm oxunub. Qeyd edək ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra G.Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G.Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb. G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirləndirilir.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024