Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (24-11-2021, 18:18)
“İran danışıqlarda xoş niyyət göstərməsə, başqa yollara əl atacağıq” - ABŞ

“İran danışıqlarda xoş niyyət göstərməsə, başqa yollara əl atacağıq”
"ABŞ-ın İranın atom məsələsi ilə bağlı müttəfiqləri və tərəfdaşları ilə müzakirə etdiyi digər müxtəlif variantları da var, ancaq onların ictimailəşdirilməsi məqsədəuyğun deyil".

Ovqat.com İran mediasına istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bu gün keçirdiyi mətbuat konfransında deyib.

Sözçü, İranın qarşısında atom anlaşmasının bərpası ilə bağlı fürsətin həmişə olmayacağını vurğulayaraq deyib: "Əgər, İran xoş niyyət və məsələ ilə bağlı şəffaflığının olmadığını öz hərəkəti və ya hərəkətsizliyi ilə göstərərsə, Amerika əlacsızlıqdan başqa yollara üz tutmaq məcburiyyətində qalacaq".

Prays İranın yeni hökumətinin atom anlaşmasının bərpası ilə bağlı müzakirələrə hazırlıqlı və xoş niyyətlə qatılmasına, habelə danışıqların ötən 6 mərhələsində əldə olunan nailiyyətləri artıracağına ümid etdiyini bildirib.

Ned Prays Ağ Evin tərəflərin öz öhdəliklərinə qayıtması üçün diplomatiyanı seçdiyini vurğulayaraq deyib ki, atom anlaşması ele bir təminat yaradacaq ki, daimi və yoxlanıla bilən əsaslarla İranın atom silahı əldə etməsinin qarşısı alınsın.

O, xatırladıb ki, Amerika prezidenti Co Bayden Avropaya səfəri çərçivəsində İranın atom proqram ilə bağlı narahatedici fəaliyyətləri ilə əlaqədar anlaşmanın üzvü olan 3 Avropa ölkəsi, habelə digər avropalı müttəfiqləri ilə müzakirələr aparıb.
шаблоны для dle 11.2

Xəbər lenti
1 12 2021 16:05
1 12 2021 16:00
1 12 2021 15:44
1 12 2021 15:31
1 12 2021 15:10
1 12 2021 14:53
1 12 2021 14:40
1 12 2021 14:32
1 12 2021 14:25
1 12 2021 14:08
1 12 2021 14:00
1 12 2021 13:50
1 12 2021 13:36
1 12 2021 13:27
1 12 2021 13:13
1 12 2021 13:03
1 12 2021 12:55
1 12 2021 12:42
1 12 2021 12:30
1 12 2021 12:20
1 12 2021 12:05
1 12 2021 11:54
1 12 2021 11:41
1 12 2021 11:29
1 12 2021 11:17
1 12 2021 11:05
1 12 2021 10:58
1 12 2021 10:45
1 12 2021 10:30
1 12 2021 10:00