Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (14-02-2019, 20:00)
Homoseksuallar Çeçenistan hökumətinə “müharibə” elan etdi

 Çeçenistanda homoseksualların təqiblərə məruz qalması, həbs olunması və işgəncələrin verilməsi ilə bağlı ittihamlar “mavilər”in informasiya hücumudur.
Komsomolskaya Pravda. Severnıy Kavkaz”ın məlumatına görə, bu bəyanatı Respublikanın mətbuat katibi Alvi Kərimov səsləndirib.
“Belə iddiaların müəlliflərində ar və vicdan deyilən şey qalmayıb, onlar bütün sərhədləri keçiblər”, - deyə Kərimov gileylənib.
“Bir daha bildirirəm ki, Çeçenistanda bu əlamətlərə görə bir nəfər belə həbs olunmayıb. Hüquq-mühafizə orqanları, insan haqları müdafiəçiləri və jurnalistlər, hətta xarici vətəndaşlar dəfələrlə bu məlumatları yoxlayıb və belə halların olduğuna dair bir fakt belə aşkarlamayıb”, - Kərimov diqqətə çatdırıb.
Kərimovun hiddət dolu bəyanatına səbəb “Rusiya LGBT şəbəkəsi” proqramının direktoru İqor Koçetkovun mətbuatda səsləndirdiyi fikirlər olub.
Koçetkovun sözlərinə görə, 2018-ci ilin dekabr ayında çeçen hüquq-mühafizə orqanları əməkdaşları “mavi” və lezbiyanları Arqun polis bölmələri və Qroznı şəhərinin Zavodsk DİN bölməsində saxlayıb. Onları cinsindən asılı olmayaraq, döyüblər və elektroşoklu dəyənəklərlə təcavüz ediblər.
Elə həmin ay Çeçenistanda homoseksuallara qarşı keçirilən kampaniya çərçivəsində iki çeçenistanlı sakin Şoto-Şamil Akayev və Eyyub İbrahimovun ölüm xəbəri yayılıb. Meyitin müayinə protokoluna əsasən, həmin şəxslər yaxın məsafədən boyun nayihəsindən güllələnib.
Rəsmi versiyaya görə, onlar polis əməkdaşlarına hücum etməyə çalışan zaman zərərsizləşdiriliblər.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024