Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Araşdırma (7-10-2021, 19:48)
İcra Hakimiyyətlərində baş verən tender "maxenasiya"ları

İcra Hakimiyyətlərində baş  verən tender  "maxenasiya"ları

Sosial mediada və sosial şəbəkələrdə hər gün İcra Hakimiyyətləri barəsində vətəndaş şikayətləri yayımlanır.
Belə ki, özlərinin narazı saldığı sakinləri dinləməyə belə vaxt ayıra bilməyən İcra Hakimiyyətlərinin əksəriyyəti vaxtlarını sözün əsl mənasında sərvət toplamağa sərf edirlər.
Bu işdə də onların işinə daha çox yarayan tender müqavilələridir.
Çox zaman tender şərtlərindən kənara çıxaraq, tender elan etmədən, yaxınları, güvəndikləri "suç ortaqları" ilə külli miqdarda məbləğlərin də qeyd edildiyi müqavilələr imzalayırlar.Onu da qeyd edək ki, çox zaman sözügedən suç ortaqlarını araşdırdıqda məlum olur ki, belə bir şirkət, yaxud müəssisə ümumiyyətlə mövcud deyil.
O cəmi 20-30 manat kapital qoyuluşu olan və yalnız kağız üzərində qurulan bir şirkət, yaxud müəssisədir.
Yəni, sırf "tender oyunçuları"nın özəl "taktika"sı.
Elan edilmədən tender keçirilir, müqavilə imzalanır. Özü də katirovka sorğusu baş tutmadan və dövlət "satınalma portalı"nda göstərilmədən.
Bəzən heç qalib də elan edilmir.
Bütün bunlaı bildikdən sonra, bu qədər işlərlə uğraşan İcra Hakimiyyətlərinin sakinlərə vaxt ayıra bilməmələrini başa düşmək çətin deyil.
Onu da bildirək ki, "gözlərini yüksək məbləğlərin bağladığı" idarə, müəssisə rəhbərləri, həmçinin icra hakimiyyətləri çox zaman təkcə sıravi vətəndaşları deyil, eyni zamanda mətbuat nümayəndələrini belə görməzdən gəlirlər. Mətbuatın göndərdiyi sorğuları "görmürlər". Hətta, telefon açıb sorğu göndərildiyini bir daha diqqətlərinə çatdırdıqda belə, mətbuat nümayəndəsini sözün əsl mənasında "yola verib", sorğuları cavabsız qoyurlar.
Buna misal olaraq Zakir Fərəcovun başçılıq etdiyi Sumqayıt şəhər İcra Hakimiyyəti, Şair Alxasovun başçılıq etdiyi Qusar rayon İcra Hakimiyyəti, həmçinin Elmir Bağırovun başçılıq etdiyi Saatlı rayon İcra Hakimiyyətlərinin adlarını çəkə bilərik.
Qeyd: Bu yaxınlarda Saatlı rayonunda ardıcıl bir neçə dəfə keçirilən rayon sakinlərinin etiraz aksiyaları, "DogruXeber.az" informasiya agentliyində yayımlanan Sumqayıt şəhərinin "şəhər statusu"na zidd bərbad, acınacaqlı görüntüləri, həmçinin Qusar rayonunda diqqətdən kənarda qalan 44 günlük müharibənin qalib qazisinin narazılığı, sakinlərin giley-güzarı və sair, bütün bunlar sözügedən İcra Hakimiyyətlərinin fəaliyyətinin güzgüsüdür deyə düşünürük.
Katirovka sorğusu baş tutmadan, Dövlət Satınalma Portalında göstərilmədən tender müqavilələri imzalayan hər üç İcra Hakimiyyətləri e-mail ünvanına göndərilmiş və 24 saat ərzində cavab verilməli olan sorğularımıza artıq günlərdir ki, cavab verilmir.
Hətta Qusar rayon İcra Hakimiyyəti ilə telefon əlaqəsi saxlayıb, sorğu göndərdiyimizi bildirdik. Onlar isə bir neçə dəqiqədən sonra elektron ünvanımıza yazdılar ki, "sorğunuz çatdı". Lakin, təəssüflər olsun ki, sorğumuzun özünə hələ də bir cavab göndərilməyib. Həmçinin, Sumqayıt şəhər İcra Hakimiyyətinə də sorğumuzu xatırlatmaq üçün bir neçə dəfə iş günləri və iş saatlarında telefon açdıq, telefonumuza cavab verən olmadı.
Görünür hətta telefona belə cavab verəcək qədər vaxtı olmayan bu dövlət qurumları artıq nə dövləti, nə də sakinləri saymırlar.
Bu saymazlıqları ilə xalqı dövlətə, hakimiyyətə qarşı çıxaran bir çox qurum rəhbərləri dövlət büdcəsindən oğurladıqları pulları "güc" hesab etdikləri üçün, ona güvənib vəzifə səlahiyyətləri ilə, eyni zamanda xalqla istədikləri kimi rəftar edirlər.
Əgər bir təhlükə meydana çıxarsa, özlərinin də ən yaxşı bacardığı rüşvət yolu ilə canlarını qurtara biləcəklərindən əmindirlər.

Mövzuya qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az


шаблоны для dle 11.2

Xəbər lenti
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024