Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

--- (18-11-2014, 18:22)
Yardım, yoxsa biznes?

Aynur Elgünəş 

 

Yəqin yadınızda olar, ötən il dələduzluq yolu ilə vətəndaşların külli miqdarda pulunu mənimsəməkdə ittiham olunan Rövşən Nağızadə, İrina Podoqova və Marina Məmmədova məhkəmənin hökmü ilə 10 ilə yaxın azadlıqdan məhrum olundular. İttihama görə, "Rona" şirkətinin təsisçisi Rövşən Nağızadə, baş mühasib Marina Məmmədova və mühasib İrina Podoqova 2004-cü ildə "Space" telekanalında imkansız şəxslərə yardım adı altında "Mərhəmət sorağında" proqramını hazırlayıb təqdim ediblər. Proqramda "Azercell" BM-nin ayırdığı nömrəyə tamaşaçıların göndərdiyi SMS-lər şirkətin "Koçbank"dakı hesabına köçürülüb. Həmin şəxslər hesaba köçürülən 57445 manatı mənimsəməkdə təqsirləndirilirdilər. 

Bəli, insanların kədəri üzərində biznes quranların bir qisminə onu xərcləmək qismət olmadı. Amma bu cəza da digərlərinə nümunə olmadı. Olsaydı, indi telekanallarda "yardımsevər" verilişlər də eyni yolu getməzdilər. Yox, mən yardım yığılmasının əleyhinə deyiləm. Bir halda ki, ölkədə "pulsuz səhiyyə"miz pulsuzları yaxına buraxmır, tibbi sığorta inkişaf etməyib, sosial güzəştlər bərbad gündədir, kimsə insanların ölümünün, vaxtsız xəstəliyə düçar olmasının qarşısını almalıdır. Üstəlik, nəzərə alaq ki, həmin o imkanlıların da böyük əksəriyyəti məhz bu insanların haqqını yeməklə şişiblər. Amma bu yardımsevərlik konkret olaraq hansısa tv proqramın formatına çevrilirsə, o zaman qaydalara da əməl olunmalıdır ki, kimlərinsə üzərindən dələduzluq edilməsin. Məsələn, neçə aydır ATV kanalında "Öz aramızda" adlı proqram yayımlanır. 

Əslində, bu veriliş səhiyyəmizin, sosial müdafiəmizin, lap elə təhsilimizin vəziyyətinin bariz nümunəsidir. Təsəvvür edin, hansısa xəstəlikdən əziyyət çəkən vətəndaş aylarla səhiyyə komissiyasının qapısında qalır, alınmır, amma bu verilişə gəlir, orda həm xaricdə müalicə imkanı qazanır, həm də bunun üçün müəyyən vəsaiti olur. Təbii ki, bunun üçün hər addımı atar, hətta toplanan vəsaitin yarısını almağa belə razılaşar. Əks halda, onu əvəz edəcək könüllülər həmişə var. Necə ki, veriliş ətrafında gəzən söz-söhbətlərdən də bunu eşitmək olur. Ola bilsin ki, bu, verilişə düşə bilməyənlərin və ya narazı qalanların fikridir, hər bir halda, gəzən şayiələrdə toplanan ianənin sonra proqram rəhbərliyi ilə bölündüyü barədə danışılır. Bunlar da təbiidir. Çünki verilişin rəhbərliyi bunun qarşısını almaq üçün şəffaflığa əməl etmir. Məsələn, proqram boyunca hansısa bank hesabına rast gəlmirik. İmkanlı insanların yardım etdikləri bildirilir, kimlərsə pul göndərir, müalicəni öz boynuna götürür və bütün bunlar ümumi hesabat şəklində təqdim olunmur. Sadəcə eşidirik; filan hacı 10 min manat, filan sahibkar 50 min manat və s. Bəs sonra? Xəstəxana məsrəflərinin qəbzi varmı? Həkim müalicənin neçəyə başa gəldiyini açıqlayırmı? Hara, nə qədər pul xərclənib? Axı normal halda bu pullar qeydiyyatdan keçmiş hansısa qurum tərəfindən yığılmalıdır ki, vergisi də ödənilsin. Varmı belə qurum? Mən hələ açıq qalan sualların çoxunu yazmıram. İndi hörmətli proqram rəhbərliyi bir tamaşaçı kimi məni inandırsın ki, bu pullar məhz deyilən problemin həllinə xərclənir.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
29 06 2025
29 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
26 06 2025
26 06 2025