Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

--- (13-02-2015, 11:19)
Gör necə güclüsən... - Video

Bu gün xalq şairi, dramaturq, ədəbiyyatşünas, 1945-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor, Azərbaycan MEA-nın həqiqi üzvü, Azərbaycanın Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət mükafatı laureatı, SSRİ Dövlət Mükafatı laureatı, M.F.Axundov adına ədəbi mükafatın laureatı xalq şairi,poeziyası ilə ürəklərimizi fəth etmiş Baxtiyar Vahabzadənin vəfatından 6 il ötür

 

Mediatv.AZ xatırladır ki, xalq şairi 2009-cu il fevral ayının 13-də, 83 yaşında uzun sürən xəstəlikdən sonra Bakıda vəfat edib.
 
Şairin "Gör necə güclüsən.." şeirini əməkdar artist Hüsniyyə Mürvətovanın ifasında oxucularımıza təqdim edirik:
Yatmaq istəyirəm...sənsizliyimi 
Yuxu dənizində batıram deyə. 
Yuxumsa kölgəni öz kölgəm kimi 
İzləyir, qısqanıb səni hər şeyə. 
Yuxum qaçaq düşüb məndən yan gəzir, 
Yuxum küçələrdə sərgərdan gəzir. 
Həsrətin asılıb kirpiklərimdən. 
Yuxum da gəlmir ki, heç olmasa mən 
İtirim, batırım səni yuxumda. 
Məndən vəfalıymış sənə yuxum da. 
Yuxum qaçaq düşüb yatammıram mən, 
Yuxum qorxub qaçıb fikirlərimdən... 
Gəzmək istəyirəm... sənsizliyimi 
Yollarda itirim, unudum tamam. 
Hara gedirəmsə, xatirən kimi 
Ağır bir yük ilə qarşılaşıram. 
Səni itirmişəm, 
neyləyim ancaq 
Hər zaman, hər yerdə görünür yerin. 
Yox, dözə bilmirəm, 
dərd ondadır ki, 
Özündən ağırdır xatirələrin. 
Şirin xatirələr bir tikan kimi 
Yollara səpilib dəstəbədəstə.
Xatirən tikandır, cızır qəlbimi,
Yoxluğun duz səpir yaramın üstə. 
Yaddaşım elə bir günəş ki, gün ki, 
Dünəni nur kimi görürəm aydın. 
Deyirəm, yaddaşım elə ölsün ki, 
Mənə dünənimi xatırlatmasın! 
Gülmək istəyirəm... ürəyimdəki 
Hönkürtü səsini batırmaq üçün. 
Bilmirdim, məhəbbət bir cəllad təki 
Mənim gülüşümü öldürmüş bütün. 
Yandırdı könlümü bu soyuqluğun, 
Var ikən, sağ ikən yox olmuşam mən. 
Gör necə güclüsən, sənin yoxluğun, 
Mənim varlığımı aldı əlimdən... 
Başımda tufan var, könlümdə çovğun, 
Arzu da, fikir də qaldı yarıda, 
Gör necə güclüsən, 
sənin yoxluğun 
Mənə ögey etdi doğmaları da.
Fərəhim, sevincim dünəndə qaldı, 
Dərdimdə, qəmimdə yaşarsan mənim. 
- Yoxluğun gör necə qələbə çaldı, 
Bu günüm ölüdür, 
yaşar dünənim! 
Çaldım öz könlümü ayrı simdə mən;
İlişib qalmışam dünənimdə mən.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
3 06 2025
3 06 2025
3 06 2025
3 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
1 06 2025
1 06 2025