Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (22-12-2021, 10:54)
Bir neçə nömrəyə görə imtina: Ünvanlı sosial yardımı kimlər ala bilir? - DETALLAR

Bir neçə nömrəyə görə imtina: Ünvanlı sosial yardımı kimlər ala bilir?
“Ünvanlı sosial yardımla bağlı edilən 100 min müraciətdən 50 mininə müsbət cavab verilib. Azərbaycanda qurulan sistemin avtomatikliyi prosesdə insan faktorunun olmaması səbəbindən kifayət qədər yaxşı sistemdir".

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev media qurumlarının rəhbərləri ilə görüşündə deyib.

Nazir bildirib ki, gələcəkdə sosial yardımın verilməsi ilə bağlı şərtlərin yumşaldılması nəzərdə tutulub. Çünki kommunal tariflər artıb, buna görə nazirlik müəyyən dəyişikliklər etməyi düşünür. Ümumi mexanizmin dəyişilməsi isə hələ ki, mümkün deyil. Çünki bu monipulyasiyalara, problemlərə gətirib çıxarır. Ölkədə bütün gəlirlər leqallaşandan sonra sosial yardım mexanizmi də dəyişilə bilər.

Nazir bildirib ki, hətta beynəlxalq təşkilatlar 54 ölkəyə Azərbaycanın sistemini təklif edib:

"Amma ölkədə gəlirlərin leqal olmaması səbəbindən sosial yardım təyinatında problemlərlə üzləşirik. Çalışırıq ki, vətəndaşın gəlirlərinə aid məlumatları başqa yollarla araşdıraq. İmtinaların 90 faizi təqdim edilən sənədlərin düzgün olmaması ilə bağlıdır. Bunların sırasında ən böyükləri vətəndaşın adına olan mobil nömrələrlə, kommunal xərclərlə bağlıdır. Təqdim edilən nömrə vətəndaşa məxsus olmalıdır. Biz araşdırarkən telefon xərclərini də nəzərdən keçiririk. Bəzən vətəndaşın adına bir neçə nömrə aşkarlanır ki, bu da xərclərin artıq olması deməkdir. Bu səbəbdən vətəndaşa imtina verilir".

Ünvanlı dövlət sosial yardımının verilməsi hazırda necə aparılır və kimlərə verilir?

DİA.AZ cebhe.info-ya istinadən xatırladır ki, ünvanlı dövlət sosial yardımı aztəminatlı ailələrin güzəranının yaxşılaşdırılması üçün dövlət tərəfindən onlara verilən pul yardımıdır.

Ünvanlı dövlət sosial yardımı almaq hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər:

• Şəxsin əlil olması;
• Şəxsin əmək pensiyaçısı olması;
• əmək qabiliyyətli olan ailə üzvünün birinci qrup əlilə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi;
• ailənin əmək qabiliyyətli 23 yaşadək üzvünün əyani təhsil alması;
• Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanında və ya "DOST” mərkəzində dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması;
• ailə üzvünün vəfat etməsi;
• ailə üzvünün məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi;
• ailə üzvünün azadlıqdan məhrum edilməsi;
• ailə üzvünün olduğu yerin məlum olmaması.

Ailənin əmək qabiliyyətli üzvü yuxarıda qeyd olunan səbəblər istisna olmaqla digər səbəblərdən işləmədikdə, həmin ailəyə ÜDSY təyin edilmir. Ehtiyac meyarı dedikdə, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq hər il üçün təsdiq olunan hədd nəzərdə tutulur. Məsələn, 2021-ci il üçün ehtiyac meyarının həddi 170 manat təşkil edir.

Sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Qeyd edək ki, ünvanlı dövlət sosial yardımla bağlı müraciət edilməsi və onun təyin olunması proseduru elektron infrastruktur üzərindən aparılır. Ünvanlı sosial yardımla bağlı VEMTAS sisteminə elektron qaydada müraciət etmək üçün şəxsiyyət vəsiqəsinin nömrəsi və ailəni təmsil edən şəxsin notarial qaydada təsdiq edilmiş təmsilçilik barədə ərizəsinin nömrəsi tələb olunur. Ailəni təmsil edən şəxs notarial qaydada təsdiq edilmiş təmsilçilik barədə ərizəni notariat kontorundan əldə edə bilər.

Vətəndaş təmsilçilik barədə ərizə əsasında e-gov.az portalından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinin siyahısından "Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi" e-xidmətinə müraciət etməlidir. Müraciətlərə elektron sistem tərəfindən baxılaraq obyektiv və şəffaf şəraitdə sosial yardım təyin olunub-olunmaması barədə qərar qəbul edilir və bu barədə vətəndaşın məlumatlandırılması təmin olunur.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
15 05 2024
15 05 2024
15 05 2024