Həm Bakıda, həm də işğaldan azad edilən ərazilərdə Zəfər muzeyləri açılır və bununla bağlı işlər davam etdirilir.

"Mediatv.az" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət naziri Anar Kərimov deyib.

O bildirib ki, bu məsələ ilə bağlı həm yerli, həm də xarici ekspertlər cəlb edilib.

Nazir qeyd edib ki, muzeyin konsepsiyası və içindəki məzmunu ilə bağlı işlərə kompleks şəkildə baxılır: "Bunların hamısının həlli üçün işlər aparılır", - A.Kərimov deyib.