Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (20-12-2021, 18:08)
Şagirdlə pis rəftar edən müəllim necə cəzalandırılmalıdır? - AÇIQLAMA

Şagirdlə pis rəftar edən müəllim necə cəzalandırılmalıdır?
Son günlər ölkəmizdə bəzi müəllimlərlə bağlı xoşagəlməz hadisələr baş verir. Bir məktəb direktorunun səs yazısından sonra digər bir müəllimin oğlanı sinif yoldaşlarına qız kimi təqdim etməsi və bunun ardından başqa bir müəllim kobud bir səhv edir: uşağa təbii ehtiyacını ödəmək üçün icazə vermir və nəticədə uşaq özünü saxlaya bilməyib ehtiyacını sinifdə ödəyir. Buna baxmayaraq, müəllim yenə də otaqdan çıxmağa icazə vermir və stul batmasın deyə azyaşlını ayaq üstə saxlayır.

Belə səhvlərə yol verən müəllimlər sadəcə töhmət alırlar. Lakin bu tədbir yetərlidirmi? Yoxsa başqa cəza tətbiq etmək lazımdır?

"Mediatv.az" xəbər verir ki, məsələ ilə bağlı sonxeber.az-a deputat Razi Nurullayev fikir bildirib.

O vurğulayıb ki, ibtidai siniflərdə müəllim-şagird münasibəti valideyin-övlad münasibəti kimi olmalıdır:

"Mənim uşaqlarım birinci sinfə gedəndə təhsil aldıqları məktəblərdə müəllimlərinin onlara ana münasibəti göstərdiyinin şahidi olmuşam. Bu, yalnız mənim övladlarıma qarşı deyil, bütün uşaqlara qarşı belə idi.

Təəssüflər olsun, elə müəllimlər də var ki, bu məsələlərdə çox mühafizəkardırlar, soyuq və qurudurlar. Bəzən sagirdin onları aldatdığını, oxumaq istəmədiyini düşünürlər. Buna görə də, bəziləri əzazilcəsinə hərəkət edirlər. Bu hal isə qəti yolverilməzdir.

Müəllimləd azyaşlı uşağa qarşı o qədər mülayim, gözəl və qayğıkeş olmalıdırlar ki, o, evdən məktəbə getmək istəsin.

Elə uşaqlar olur ki, məktəbə, hazırlığa və ya idmana getmək istəməməkdə inad edirlər. Sonda məlum olur ki, müəllimin onları cəzalandırdığı, səsini yüksəltdiyi, gərginlik altında saxladığı üçün şagirdlər qorxur və dərsə getməkdən çəkinirlər.

Təbii ki, bütün müəllimlər belə deyil. Seçilmiş hallar olur və bu da yolverilməzdir.

Belə bir hadisə Finlandiya, İsveç, Fransada baş versə, o şəxsi müəllimlik hüququndan məhrum edərlər. Həmin ölkələrdə uşağa qarşı münasibətdə kobudluğa yol verən valideyni belə, bağışlamırlar, uşağı ana-atadan alırlar və dövlət özü ona qayğı göstərir. Siz bunların yanaşmasına baxın.

Ona görə də, hesab edirəm ki, bizdə də ibtidai siniflərdə müəllimlər şagirdlərə öz övladı kimi yanaşmalıdırlar ki, uşaqlar dərsə həvəslə gəlsin, yalan danışmasın, sözünü bölüşə bilsinlər.

Bəzən intihar halları baş verir. Övlad oxumaq istəmir, dərsdən və hətta evdən qaçır. Çünki bəzən evdə valideynlər onu gərginlik altında saxlayırlar, "dərs yazmadın", "oxumadın", "niyə 2-3 almısan?" deyib sıxırlar. Belə gərgin vəziyyətdə uşağın psixikası pozulur. Artıq uşaq qorxusundan evə də gəlmək istəmir. Məktəbə getdikdə müəllim də eyni formada rəftar edəndə uşağın başqa yolu qalmır. O, ya intihara meyllənir, ya qaçır, ya da pozulub gedir.

Dünya ölkələrində valideynə sözünü deyə bilməyən uşaq ürəyini müəlliminə açır. Oradakı yanaşmaya görə, sagird, tələbə müəllimlə o qədər yaxın olmalıdır ki, ürəyini rahat aça bilsin, dərdini danışıb təsəllini onda tapsın.

Uşağ əgər təhsil ocağında daim əzazillik, qətiyyət və gərginlik görürsə, nə etməlidir? Ona görə də, hesab edirəm ki, bununla bağlı müəyyən maarifləndirmə işi aparılmalıdır. Müəllimlər özləri də düşünməlidirlər ki, belə hallara yol vermək olmaz".
шаблоны для dle 11.2

Xəbər lenti
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024