Dekabrın 19-a gözlənilən hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 6-9° isti, gündüz 9-13° isti, Bakıda gecə 6-8° isti, gündüz 10-12° isti olacaq.
Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.