Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (17-12-2021, 13:50)
Ölkə üzrə qüvvədə olan məhdudiyyətlər HANSILARDIR?

Ölkə üzrə qüvvədə olan məhdudiyyətlər
Xəbər verdiyimiz kimi, dekabrın 9-da Nazirlər Kabineti xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə qərar qəbul edib.

Yeni qərarla 2021-ci il dekabrın 13-dən etibarən hamam xidmətləri göstərən obyektlərin fəaliyyəti bərpa edilir.

Hamam xidmətləri göstərən obyektlərin xidmətlərindən yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla, yalnız COVID-19-a qarşı ən azı 2 doza peyvənd olunmuş və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi olan yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən “əks-göstəriş sertifikatı” olan şəxslər istifadə edə bilər.

İctimai iaşə obyektlərinin 2021-ci il 31 dekabr saat 00:00-dan etibarən 2022-ci il 1 yanvar saat 02:00-dək fəaliyyət göstərməsinə icazə verilir.

Yeni il bayramı ilə əlaqədar şənlik mərasimlərinin təşkil olunduğu məkanlarda şənlik mərasimlərinin keçrilməsi onlar üçün müəyyən edilmiş mövcud qaydalara, tələblərə və metodiki göstərişlərə uyğun təşkil edilməlidir.
Həmin tələblər aşağıdakılardır:

1. şənlik mərasimlərində qonaqların ümumi sayı 150 (yüz əlli) nəfərdən çox olmamalı və şənlik mərasiminin keçirildiyi məkanın sahəsi nəzərə alınmaqla hər bir zal üzrə qonaq tutumu müəyyənləşdirilməlidir;

2. 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqlar, COVID-19-a qarşı ən azı 2 doza peyvənd olunmalı və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi olmalı yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı olmalıdır və şənlik mərasimlərində iştirak edən qonaqlar üçün tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə tələb olunmur;

3. şənlik mərasimində xidmət göstərən heyətin (musiqiçilər istisna olmaqla) tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadəsi məcburidir;

4. şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə, habelə şənlik mərasiminin keçirilməsi tarixinə ən azı 5 (beş) gün qalmış mərasimin başlama və bitmə vaxtı (saat 02:00-dan gec olmamaqla), qonaq sayı haqqında məlumatları “icaze.e-gov.az” portalına daxil etməlidir.

Bu tələblər pozulmaqla şənlik mərasimlərinin keçirilməsi qadağandır.

Qeyd edək ki, hazırda karantin rejimi ilə əlaqədar olaraq, hələ də qüvvədə olan məhdudiyyətlər qadağalar var.

"Mediatv.az" cebhe.info-ya istinadən həmin qadağaları təqdim edir:

1. Koronavirus pandemiyasına görə Azərbaycana səfər etməklə bağlı məhdudiyyətlər hələ də qüvvədədir. Ölkəyə hələ ki, yalnız hava yolu ilə gəlmək mümkündür. 2020-ci ilin martından etibarən quru sərhədləri bağlıdır.

2. Açıq havada maska taxmaq barədə qadağa götürülsə də, bütün qapalı məkanlarda tibbi maskadan istifadə məcburidir: qanunvericiliyə əsasən, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələri (avtobus, taksi, metro, dəmiryolu və s.) istisna olunmaqla, şəxsi avtomobillərdə tibbi maskadan istifadə edilməsi tələb olunmur.

Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 29 may tarixli 189 nömrəli Qərarına əsasən, aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə edilməlidir:

- şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.);

- qapalı bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla);

- dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə;
- fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində;

- açıq sahəli ofislərdə və istehsalat yerlərində;

- tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə;

Belə ki, bura yeraltı və yerüstü piyada keçidləri də daxildir.

3. Azərbaycanda iyulun 1-dən toyların keçirlməsinə icazə verilsə də, burada da məhdudiyyətlər var. Belə ki, şənliklər müəyyən sayla - 50 nəfərdən 150 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil oluna bilər.

4. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah 14 mart 2020-ci il tarixli qərarı ilə ölkə ərazisində dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi qadağan olunub. Bu qadağa bu günədək qüvvədədir.

Operativ Qərargah həmin tarixdən bu günədək sərtləşdirilmiş karantin qaydalarında dəfələrlə yumşalmalar etsə də, yas mərasimlərinə qoyulan qadağalar olduğu kimi qalıb.

Eyni zamanda, 2022-ci il fevralın 1-dən etibarən dövlət orqanlarının (qurumlarının) bütün əməkdaşlarının, mülkiyyət formasından asılı olmayaraq bütün tibb, əczaçılıq, elm və təhsil müəssisələrinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq), habelə “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarının əlavəsində nəzərdə tutulan iş və xidmət sahələrinin bütün işçilərinin COVID-19-a qarşı ən azı 2 doza peyvənd olmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən “əks-göstəriş sertifikatı”nın olması tələb olunur.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
15 05 2024
15 05 2024
15 05 2024