Sosial / Slayd (5-07-2021, 15:54)
BDU Vətən müharibəsi iştirakçısına diplom vermir?

Talış və Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edib. Prezident İlham Əliyevin sərəncamı ilə Laçının və Suqovuşanın azad olunmasına görə medalları ilə təltif edilib.
Bu barədə Axar.az-a danışan V.Qarayev bildirib ki, psixoloji və maddi vəziyyəti yenidən universitetə qayıtmağa imkan vermir:
“Anam qızıl yel xəstəsidir. Atam yoxdur. İşləmək üçün diplom almalıyam. Lakin nə maddi vəziyyətim, nə də müharibədən sonra davam edən psixoloji gərginliyim universitetə qayıtmağıma imkan verir. Müharibədən sonra Laçın rayonunda 7 ay xidmətdə oldum. Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevdən diplomumu almaqda köməklik göstərməyini xahiş edirəm”.
Vüsal Qarayevin problemi ilə bağlı saytımıza açıqlama verən BDU-nun mətbuat katibi Günel Orucəliyeva bildirib ki, Vətən müharibəsi iştirakçılarına maksimum yardım etməyə çalışırlar:
“Elmi Şuranın qərarına əsasən alt qrup fənləri onlar üçün ödənişsiz əsaslarla həyata keçirilir. Tələbənin müraciəti əsasında akademik borcunun ləğv edilməsi üçün kəsrə qaldığı fənləri yenidən keçəcək və bu müddətdə ona pedaqoji dəstək göstəriləcək”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
16 09 2025
16 09 2025
16 09 2025
16 09 2025
16 09 2025
16 09 2025
16 09 2025
16 09 2025
16 09 2025
16 09 2025
16 09 2025
16 09 2025
16 09 2025
16 09 2025
16 09 2025
16 09 2025
16 09 2025
16 09 2025
16 09 2025
16 09 2025
16 09 2025
15 09 2025
15 09 2025
15 09 2025
15 09 2025
15 09 2025
15 09 2025
15 09 2025
15 09 2025
15 09 2025