Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (3-07-2014, 11:19)
Səlim Müslümov ekspertlər şəbəkəsi yaratdı

Azərbaycan Şərq Tərəfdaşlığı Proqramına daxil olan ölkələrin ekspertlər şəbəkəsi yaradılıb.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu barədə qərar Avropa Komissiyası, Şərq Tərəfdaşlığı Proqramı, Avropa Təlim Fondunun (ATF) birgə təşkil etdiyi “Peşə bacarıqlarının proqnozlaşdırılması və uyğunlaşdırılması” mövzusunda İtaliyanın Turin şəhərində keçirilmiş beynəlxalq seminarda qəbul edilib. Şəbəkənin yaradılmasında məqsəd ölkələr arasında beynəlxalq təcrübənin daha da intensiv öyrənilməsi, fikir mübadilələrinin aparılması və bu sahədə yeni metodların inkişaf etdirilməsidir.
Azərbaycan üzrə qeyd olunan sahədə ekspertlər şəbəkəsinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının, Dövlət Statistika Komitəsinin, İqtisadiyyat və Sənaye Nazirliyinin əməkdaşları və Proqramın Azərbaycan üzrə milli eksperti daxildir. Ekspertlər Şəbəkəsinin Azərbaycan üzrə əlaqələndirici şəxsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin əməkdaşı Heydər Cəfərli seçilib.
Eyni zamanda seminarda peşə bacarıqlarının uyğunlaşdırılması və proqnozlaşdırılması sahəsində istifadə olunan metodlar və hesablama qaydaları barədə geniş müzakirələr aparılıb və bu sahədə ATF-nun hesabatı dinlənilib.
Ölkələrin iqtisadi və demoqrafik göstəricilərinin peşə bacarıqlarına təsiri barədə nümayəndə heyətləri arasında fikir mübadilələri aparılıb.
шаблоны для dle 11.2

Xəbər lenti
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024